Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
İnfeksionistdən koronavirusla bağlı tövsiyə: Bərk danışmayın!

İnfeksionistdən koronavirusla bağlı tövsiyə: Bərk danışmayın!

Rusiyalı infeksionist və vaksinoloq, “Lider-Medisina” tibb mərkəzinin baş həkimi Yevqeni Timakov, koronavirus pandemiyası zamanı insanlara ictimai yerlərdə, xüsusən yüksək səslə danışmaqdan çəkinmələrini tövsiyə edib.

Mütəxəssis, tənəffüs zamanı yoluxmuş insanın infeksiyanı yaydığını izah edib.

“Danışarkən bu təsir artır. Maska taxmaq və susmaq bu şərtlərdə infeksiya riskini azaltmağa kömək edə bilər”, - deyə o bildirib.

“Bir-birimizlə, xüsusən də yüksək səslə ünsiyyət qurarkən, sadəcə nəfəs almırıq, bunu qüvvətlə edirik. Bu vəziyyətdə maskasız 1,5 metrlik sosial məsafə təsirsiz ola bilər. Koronavirus havada olduqda, bu anda viral yük artır. Maskada danışmağınız daha məsləhətlidir”, - deyə E.Timakov əlavə edib.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ