Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
İnsult riskinin olub-olmadığını necə öyrənmək olar?

İnsult riskinin olub-olmadığını necə öyrənmək olar?

Hər il yer kürəsində təxminən 16 milyon nəfərdə insult yaranır və bunların təxminən 7 milyonu ölümlə nəticələnir. Məhz buna görə də insultla mübarizə gününün keçirilməsi maarifləndirici tədbir kimi zəruri hesab olunur.

Adətən insult xəstələrinin 1/3-i ölür, qalanları isə əlil olur. Damarların tutulması baş verən işemik insultdan sonra insanlar salamat qalsa da, əlilə çevrilir.

İnsultun qarşısını almaq və xəstələrə yardım etmək mümkündür. Əsas məsələ xəstəyə ilk 3-4 saat ərzində yardım göstərməkdir.

Çoxları insult olduqlarını bilmədikləri üçün ölürlər.

İnsultun əsas simptomları:

İnsult olan insan anlaqsız danışır, güləndə ağız küncləri aşağı düşür, koordinasiyası pozulur, ətraflarından biri zəifləyir. Bu əlamətlər təcili yardım çağırmaq üçün yetərli sayılır.

Şəkərli diabet və müxtəlif ürək-damar xəstəlikləri insultun baş vermə ehtimalını daha da artırır. Məhz bu səbəbdən də insultdan qorunmaq üçün insanlara fiziki aktiv olmaq, tütündən istifadə etməmək, sağlam qidalanmaq, artıq çəki almamaq, arterial təzyiqi daima nəzarətdə saxlamaq tövsiyə olunur. Bu tövsiyələrə riayət etməklə insult təhlükəsini 80 faizədək azaltmaq olar.



Son illər ərzində insultun daha gənc yaşlı şəxslərdə də baş verməsi artıq hər bir yaş qrupundan olan insanların xəstəliyə qarşı diqqətli olmalarını bir daha vurğulayır.

Mütəxəssislər hesab edir ki, insult riskinin olub-olmadığını öyrənmək üçün sadəcə, yuxu arteriyalarının ultrasəs müayinəsini aparmaq, təzyiqi nəzarətdə saxlamaq, normal qidalanmaq və siqaretdən uzaq durmaq lazımdır. Hipertoniya, yüksək xolesterin və bədənin artıq çəkisi risk amilini artırır.

Məlumatlara görə, insult xəstəliyinə qadınlarla müqayisədə kişilərdə daha çox rast gəlinir. İnsult keçirənlərin sayı 55 yaşdan sonra iki dəfə artır.

Zərərli vərdişlərdən uzaq olan, düzgün qidalanan, sağlam həyat tərzi keçirən, siqaret və içkidən uzaq olanların insult keçirmək riski, demək olar ki, sıfıra bərabərdir. Vaxtlı-vaxtında həkim müayinələrindən keçmək də vacib şərtlərdəndir. Mütəmadi açıq havada gəzmək, orta sürətlə gündə heç olmasa yarım saat yerimək nəinki insult riskini azaldır, həmçinin insanın əmək qabiliyyətini artırır.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ