Kütləvi peyvənd pandemiyanın gedişatını necə dəyişəcək? - İnfeksionist
Kütləvi peyvəndləmə koronavirus pandemiyasının gedişatını kökündən dəyişdirə və üçüncü dalğa riskinə təsir edə bilər.
Lunar.az bildirir ki, bu haqda Rusiya Səhiyyə Nazirliyinin baş infeksion xəstəliklər üzrə mütəxəssisi, professor Vladimir Çulanov deyib.
"Biz üçüncü dalğadan (2021-ci ilin yazında - red.) danışa bilmərik, kifayət qədər məlumat yoxdur... Əgər kütləvi peyvənd indidən başlayarsa, bu, ümumiyyətlə, epidemiyanın gedişatını dəyişə bilər, çünki bu, ən təsirli profilaktika vasitəsidir. Başlayarsa, əlbəttə ki, bu əlverişsiz epidemiya vəziyyətində azalma, normallaşma olacağını gözləyə bilərik", - Çulanov deyib. /medicina.az