Dərman qəbul etmədən də hipertoniya ilə mübarizə aparmağın mümkün olmasına dair hər zaman fikirlər səslənir. Mütəxəssislər yüksək təzyiqlə mübarizə aparmağın əsasən düzgün həyat tərzi, sağlam qidalanmadan asılı olduğunu vurğulayırlar.
Həkimlərin yüksək təzyiqi olan insanlara bununla bağlı əsas tövsiyələri nələrdir?
Lunar.az e-tibb.az-a istinadən xarici mediaya istinadən bununla bağlı daha bir neçə tövsiyəni təqdim edir:
1. Artıq çəkidən qurtulmaq
2. Qida rasionunda daha çox tərəvəzlərə, meyvələrə, taxıl məhsullarına yer ayırmaq
3. Ürək-damar sistemini gücləndirən bədən tərbiyəsi ilə məşğul olmaq
4. Yemişan yemək. Yemişan ürək ritmini normallaşdırır.
5. Qan donoru olmaq.
Amma yüksək təzyiqdən əziyyət çəkənlər ilk növbədə həkimə müraciət etməlidirlər.