Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Gözümüz neçə meqapikseldir? - FOTOLAR

Gözümüz neçə meqapikseldir? - FOTOLAR

İnsan gözü orqanizmin ən əsas və həssas üzvlərindəndir. Onun quruluşu isə bir möcüzədir. Bu, sanki kiçik bir fotokameradır.



Lunar.az-ın verdiyi xəbərə görə, buynuz qişa (gözün şəffaf təbəqəsi) qoruyucu filtr rolunu oynayır, göz bəbəyi isə daxilində linza olan obyektiv kimidir.



Rəngli qişa diafraqmadır, torlu qişa isə - matrisa.


Optika qanunlarına görə, kamerada olduğu kimi, torlu qişaya görüntü tərs formada (baş-ayaq) düşür. Bizim beynimiz onu fotokameradakı prosessor kimi avtomatik çevirir.



İnsan gözünün və rəqəmsal matrisanın təqdim etdiyi görüntülərin keyfiyyətini birbaşa müqayisə etmək (görüntünün alınma mexanizminin tamam fərqli olduğuna görə) bir az səhv olar, lakin yenə də müxtəlif araşdırmalar nəticəsində gözlərimizin "meqapiksel" göstəriciləri müəyyən edilib.

Pikselləri torlu qişanın fotosensitiv elementləri ilə müqayisə etsək, hər göz təxminən 140 meqapikseldir.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ