Bu sirop qəbizliyi 1 həftəyə ləğv edir - Apteklərdə satılan siroplardan 10 qat güclüdür
Qəbizlikdən əziyyət çəkənlər üçün çox asan və əlçatan bir resepti təqdim edirik. Bu sirop apteklərdə qəbizlik əleyhinə satılan dərmanlardan qat-qat güclüdür.
Lunar.az medicina.az-a istinadən siropun hazırlanma qaydasını təqdim edir:
Lazımdır:
Quru əncir - 50 qr Qara gavalı tumsuz - 50 qr Su ilıq - 50 ml
Qazanda ərzaqları suya qatıb, 8 saat saxlayın. Sonra qazanı oda qoyub, qaynayana kimi saxlayın. Zəif odda sirop bir az qatılaşana kimi, meyvələr tam yumşalana kimi saxlanılır.
Daha sonra sirop soyudulur, şüşə bankaya yığılıb, soyuducuda saxlanılır. Hər səhər 1 qaşıq siropu bir stəkan suda qarışdırıb için.