Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Heyvanı kərə yağında bişirin - Vərəmdən xilas olun

Heyvanı kərə yağında bişirin - Vərəmdən xilas olun

Ölkəmizdə dağ ətəklərində yabanı halda bitən heyva ağaclarına da rast gəlinir. Təbabətdə bu meyvədən çox istifadə olunur. Onun tərkibində 4-5 %, şəkər, 2 %-ə qədər üzvi turşular, karotin və C vitaminləri, peyvənd maddələri, efir yağı, dəmir duzları var. Toxumlarında isə 14 - 18 % selikli maddələr, 16 - 20 % yağ, 1- 2 % qatran və çoxlu miqdarda zülal vardır.

Lunar.az medicina.az-a istinadən bildirir ki, xalq təbabətində heyvanın yarpaqlarını qurudub, çay kimi dəmləyərək, ürək ağrısında sakitləşdirici dərman kimi içirlər. Meyvəsinin mürəbbəsi ürək zəifliyində qüvvətverici kimi və həzm prosesini yaxşılaşdırıcı kimi çox xeyirlidir. Ürək, ağciyər, mədə, göz,bağırsaq, ağız problemlərinə qarşı ən yaxşı vasitədir.

O cümlədən menstruasiya dövründə qanaxmanın qarşısını alır. Heyvadan hazırlanan dərmanlar və spreylər də olduqca təsirli xüsusiyyətə malikdir. Sehirli meyvə uşaqlarda yaranan ishalı dayandırır, ürək problemlərinə çarə olur. Ritm pozuntusunu aradan götürür və ağızdan gələn pis qoxuları dəf edir.

Yüksək temperaturu balanslaşdırır. Heyva pektinlər, dəmir, kalium, kalsium, mis, fosfor, orqanik turşular, PP, A, B1, B2, B6, C vitaminlərlə, beta-karotinlə zəngindir. Heyva damar sərtləşməsini önləyir, öd kisəsi fəaliyyətini normallaşdırır.

Kərə yağında bişirilən heyva nəfəs yolu xəstəlikləri, xroniki öskürəyə, bronxit və vərəm kimi xəstəliklərə yaxşı təsir edir. Heyva çiçəyi bal ilə qarışdırılıb udularsa baş ağrısını kəsir.

Qaynadılıb içilirsə ürək ritm pozğunluğunun qarşısını alar. Qoxusu belə ürəyi gücləndirir. Ana südünü artırır.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ