Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Böyrəkləri qorumağın QAYDALARI

Böyrəkləri qorumağın QAYDALARI

Bir gündə təxminən 2000 litrə yaxın qan süzən böyrəklər eyni zamanda orqanizmdə duz balansını tənzimləyərək zərərli toksinləri kənarlaşdırır.

Həyati əhəmiyyətli orqan olan böyrəklərin sağlam olması çox önəmlidir. Son illər dünyada hər yeddi nəfərdən birində böyrək xəstəlikləri aşkarlanır. Bu sırada ən çox rast gəlinən problem isə böyrək daşlarıdır.

Mütəxəssislər hesab edir ki, duzdan, tərkibində az duz olan təzə məhsullardan düzgün istifadə etməklə böyrək sağlamlığını qorumaq mümkündür.

Lunar.az e-tibb.az-a istinadən bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatı hər bir şəxs üçün gündəlik duz istifadəsinin 5 qram olmasını tövsiyə edib. Bu isə təxminən 1 çay qaşığı deməkdir.

Çoxları duzdan çox istifadə deyərkən artıq çəki problemini göz önünə gətirir. Amma çox duz istifadəsi hər zaman artıq çəki problemi yaratmasa belə, böyrəklər başda olmaqla, bir sıra orqanlara mənfi təsir edər.

Artıq duz orqanizmdə su toplanmasına yol açaraq ödemlərə (şişkinliyə) səbəb olar. Çox duz qəbul edən şəxslər özlərini şişkin hiss edirlər. Miqdarında duz işlətmək həm böyrəkləri qoruyur, həm də şişkinliyi aradan qaldırar.

Duz istifadəsinin azalda bilməyənlərə duzu süfrədən, göz önündən götürmək tövsiyə olunur.

Duz nə ilə əvəz etmək olar?

Duzun yerinə bir çox ədviyyatların - qara istiot, zəncəfil, sarıkök, eləcə də keşniş, zəncəfil, nanənin istifadəsi tövsiyə olunur. Adı çəkilən bitkilərin böyrəklərin təmizlənməsində mühüm rolu var.

Duz yerinə daha çox reyhan işlətmək məsləhət görülür. Yeməklərə vurulan bir neçə yarpaq reyhan duzu əvəz edir.

Böyrəklərin sağlamlığı üçün kalsium və maqneziumla zəngin qidalardan da faydalanmaq lazımdır.

Kalsiumdan az istifadə böyrək xəstəlikləri riskini artırır. Eləcə də orqanizmdə maqnezium azlıq təşkil etsə, kalsium böyrəklərdən geri sorulmur və sidiklə orqanizmdən xaric olunur. Bu isə böyrəklərdə kalsium daşlarının yaranmasına səbəb olur.

Ona görə də kalsiumla zəngin olan süd və süd məhsulları, yaşıl yarpaqlı bitkilər, boranı tumu, badam yemək məsləhət görülür.

Süd və süd məhsullarının qədərincə istifadəsi böyrək daşı riskini azaldır.

Böyrəklərin sağlamlığı üçün gün ərzində orta hesabla 10 stəkan su içmək lazımdır.

Çay və qəhvə içmək heç də böyrəklər üçün yararlı olan maye ehtiyacını ödəmir.

Düzdür, çay və kofe böyrəklərdə daş yaratmır, amma onların çox qəbul olunması böyrək daşı riskini artıra bilər. Ona görə də gündəlik qəhvə istifadəsi 2 fincanı keçməməlidir.

Böyrək sağlamlığı üçün alkoqol istifadəsini də azaltmaq lazımdır.

Bundan başqa, qazlı və hazır meyvə sularından uzaq durmaq, əvəzində ev şəraitində hazırlanan, çox az şəkər istifadə olunan kompotlar, kefir, ayrana üstünlük vermək, daş yaranmasının qarşısını alan limondan çox istifadə etmək tövsiyə olunur.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ