Ət yeyən bakteriyalar nadir rast gəlinən hadisə olsa da, bu infeksiyaya yoluxan insanların 30%-i dünyasını dəyişir.
Ət yeyən bakteriya nədir və insana necə yoluxur?
Lunar.az publika.az-a istinadən xəbər verir ki, ət yeyən bakteriyaların elmi adı “nekrotizan fasit”dir. Qısa müddətdə bədəni və əzələ səthini örtən toxumaları yox edəcək gücə malikdir. Nadirən rast gəlinsə də, ciddi sağlamlıq problemlərinə yol açır. Adətən, bu bakteriyaya yoluxan 4 insandan 1-i dünyasını dəyişir.
Konkret olaraq bilinməsə də, səhiyyə təşkilatları bu bakteriyanın çiy və ya az bişmiş dəniz məhsullarından insan bədəninə keçdiyini deyir. Bundan başqa, açıq yaranın şirin və ya duzlu su ilə təmasından sonra da bu bakteriya insan bədəninə keçə bilər.
Yoluxma riskini artıran faktorlar
- Daim dəniz və ya okean sularında üzmək
- Dəniz məhsullarının bol yeyildiyi yerlər
- Ətin yaxşı bişirilmədiyi yerlər
- İmmun sisteminin zəif olması
- Xroniki narahatlıqlara sahib olmaq
- Açıq yara
- Virusla hansısa infeksiyaya yoluxmaq
- Yenicə əməliyyatdan çıxmaq
Simptomları
Bakteriya bədənə daxil olduqdan 24 saat sonra təsirini göstərir. 30 saatdan sonra isə şiddəti artır. Qızartı, göyərmə, şişmə, bədən temperaturunun 5 dəfə artması, titrəmə, ürəkbulanma, yaşıl qusuntu və ishal bu xəstəliyin göstəriciləridir. İnfeksiya bədənin hər yerinə olduqca sürətli şəkildə yayılır. Bu durum da xəstənin şoka düşməsinə səbəb olur.
Müalicəsi
Ət yeyən bakteriyaya yoluxmaq xəstəliyində erkən diaqnoz çox önəmlidir. Müalicə nə qədər tez başlasa, ölüm riski o qədər azalır. Keçici olduğundan xəstə reanimasiya şöbəsində antibiotiklə müalicə olunmalıdır. Əməliyyat və oksigen müalicəsi isə bakteriyanın bədəndə ciddi təhlükələr yaratmasından sonra tətbiq edilir. Lakin bu xəstəliyin konkret müalicəsi yoxdur. Aparılan araşdırmalarda sarımsaq və soğanın bu xəstəlik üçün təbii müalicə metodu kimi istifadə oluna biləcəyi isbatlanıb.