Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Limfanı təmizləmək üçün xalq təbabəti resepti

Limfanı təmizləmək üçün xalq təbabəti resepti

Limfa orqanizmdə çox böyük rol oynayır - orqanizmi toksin, mikroblar və digər ziyanlı maddələrdən təmizləyir.

Limfatik sisteminin normal fəaliyyəti üçün insan hərəkətli olmalıdır ki, sistemdə durğunluq yaranmasın və orqanizmin təmizlənməsi prosesi yaxşı getsin.

Xalq təbabətində limfanı təmizləmək üçün müxtəlif vasitələr və reseptlər var.

Lunar.Az saglamolun.az-a istinadən belə reseptlərdən birini təqdim edir.

Tərkib:

- 2 x.q. sürtgəcdən keçirilmiş təzə zəncəfil kökü

- 1 x.q. sarıkök

- yarım limonun şirəsi

- 2 x.q. təbii bal

- yarım l su

Hazırlanması:

Zəncəfili və sarıkökü qazana tökün, üzərinə qaynar su tökün, vam odda qaynara düşənə qədər saxlayın.

Qaynamağa başlayan kimi odun üzərindən götürün (qaynatmayın!).

İlıq olanda süzün, təzə sıxılmış limon şirəsi və bal əlavə edin, qarışdırın. Alınmış dəmləməni sərin yerdə saxlayın.

Hər gün 100 ml olmaqla səhər yeməkdən təxminən 30 dəqiqə əvvəl için.

Bu müalicəni 10 gün ərzində edin.

Əgər sizdə hər hansı həzm sistemi, qaraciyər və digər orqanların xroniki xəstəlikləri varsa, reseptdən istifadə etdikdən əvvəl mütləq müalicə həkiminizlə məsləhətləşin.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ