Ürəyi qoruyur, immuniteti gücləndirir, arıqladır... - Hər gün 1 ovuc yeyin
Çərəzlərin faydaları saymaqla bitmir. Amma aralarında biri var ki, faydaları ilə zirvəni qorumağı bacarır. Söhbət balqabaq tumundan gedir. Lunar.az protein və yağ baxımından zəngin olan, sağlamlıq üçün lazımlı birləşmələrlə zəngin balqabaq tumunun faydalarını təqdim edir.
Balqabaq tumu çiy və ya qovrulmuş olaraq istifadə edilir. Bu möcüzəvi tumdan hər gün 1 ovuc mütləq yeyin.
Arıqladır
Balqabaq tumu idarəli şəkildə yeyildikdə arıqlamağa kömək edir. Çünki tərkibində protein digər bitkilərə nisbətən daha yüksək faizdədir. Diqqət ediləcək nüans istifadə miqdarını düzgün seçməkdir. Gündə bir ovuc yemək kifayətdir.
Depressiyanı aradan qaldırır
Balqabaq tumları sink baxımından çox zəngin qida qaynağıdır. Sink əskikliyindən dolayı qaynaqlanan depressiya kimi ciddi xəstəliklərin önünə keçir. Balqabaq tumları sağlıqlı yağlarla zəngin olduğundan beyni rahatladır.
Ürək sağlamlığını qoruyur
Balqabaq tumu ürəyin sağlam qalmasını təmin edən əla bir antioksidant, sink, maqnezium və yağ turşuları qaynağıdır. Xolesterol səviyyəsini və yüksək təzyiqi tənzimləyir. Qan damarlarının rahatlaşmasını təmin edir. Qan təzyiqini aşağı salaraq ürəyi qoruyur.
Saça qulluqda faydası var
Omega-3 yağ turşuları, sink, kükürd, A, K və B vitamini bol olduğundan saç və saç dərisi üçün möcüzələr yaradır. Balqabaq tumunun gündəlik istifadəsi saçlarınıza parlaqlıq verəcək. Saç inkişafını gücləndirərək saçları qalınlaşdırır. Saçların tökülməsini yavaşladaraq uzanmasını dəstəkləyir.
Dərini gəncləşdirir
Tərkibində bir çox vitamin və mineral var. E vitamini güclü bir antioksidantdır və dərini gücləndirir. Omega-3 yağ turşuları və A vitamini isə dəri hüceyrələrini yeniləyir və dəri problemlərini minimuma endirir. Dəridəki zədəli toxuma və hüceyrələri bərpa etməyə yardımçı olur. Dəmir və sink baxımından da zəngin olduğu üçün dərini qoruyur və gəncləşdirir.
Omega-3 mənbəyi
Balqabaq tumunda bol miqdarda olan Omega-3 yağlarının sağlamlığımıza bir çox faydası var. Omega-3 bədəndə qanın düzənli axmasını təmin edir, pis xolesterolu tənzimləyir və ürək xəstəliklərinə qarşı bədəni qoruyur. Həmçinin, xərçənglə mübarizə aparır. Mütəmadi olaraq balqabaq tumu yesəniz, daha sağlam bir həyat keçirə bilərsiniz.
İmmunitet sistemini gücləndirir
Sink baxımından zəngin olduğu üçün immunitet sistemini gücləndirərək, soyuqdəymə kimi xəstəliklərə yaxalanma riskini azaldır.