Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Doğum tarixinə görə xəstəliklərə YOLUXMA RİSKİ

Doğum tarixinə görə xəstəliklərə YOLUXMA RİSKİ

Amerikalı alimlər hesab edir ki, immunitetin zəif və ya güclü olması doğum tarixindən asılıdır.

Lunar.az xarici mətbuata istinadən xəbər verir ki, alimlər insanın doğum tarixinin xəstəliklərlə əlaqəsini araşdırıb. Araşdırmanın nəticələrinə görə, doğum tarixi xəstəliklərə tutulma riskinə ciddi təsir edir.

1.7 milyon insan üzərində aparılan araşdırmalarda məlum olub ki, sağlamlıq göstəriciləri ilə doğum tarixləri müəyyən uyğunluq təşkil edir.

Doğum tarixinə əsaslanaraq gələcəkdə rastlaşa biləcəyiniz xəstəlik riskləri aşağıdakı kimidir:


Kolumbiya Universitetinin 1985-2013-cü il təvəllüdlülər arasında apardığı araşdırmalara görə, may ayında doğulan insanların xroniki xəstəliklərə yaxalanma riski daha çoxdur.

Mart və aprel aylarında doğulan insanlarda isə ürək və damar xəstəliklərinə tutulma riski yüksəkdir.

Oktyabr və Noyabr aylarında anadan olanlar tənəffüs və nevroloji xəstəliklərdə daha diqqətli olmalıdır. Çünki bu qrupda xəstəlik riski olduqca yüksəkdir. Bundan başqa, noyabr ayında anadan olanlar diqqət pozğunluğundan daha çox əziyyət çəkir.

İyul və Oktyabr ayında anadan olan adamlarda astma xəstəliyinə tutulma riski də olduqca çoxdur.

Araşdırmanı aparan Nikolas Tatonetti iddia edib ki, nəticələr həkimlərə müalicə prosesində yardım olacaq. N.Tatonetti onu da əlavə edib ki, idman və sağlam qidalanma ilə bu risk amillərindən uzaq qalmaq mümkündür.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ