Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Qatığa istiot, sarıkök töksəniz... – ARIQLAMAQ İSTƏYƏNLƏR OXUSUN

Qatığa istiot, sarıkök töksəniz... – ARIQLAMAQ İSTƏYƏNLƏR OXUSUN

Qatıqlı qarışım son zamanlar qadınların istifadə etdiyi pəhriz qidaları arasında yer alır. Hətta bu qarışım vasitəsilə 2 həftə ərzində 7 kilo arıqlamağın da mümkün olduğu bildirilir. Lunar.az türkiyəli dietoloq Şebnem Kandıralının qatıq qarışımının insan orqanizminə faydaları barədə məlumatlarını diqqətinizə çatdırır.

Çox kalori almadan normal şəkildə istifadə edilən qatıq qarın nahiyəsindəki yağları azaltmağa yardımçı olur. Bu özəlliyi kalsium tərkibindən qaynaqlanır. Həzm sistemini də yaxşılaşdırmağa kömək olduğundan qarındakı köpü də azaldır.

Kalsium mineralı bədəndəki yağ yanmasını, metabolizmanı sürətləndirmək, güclü sümüklər yaratmaq və dəstəkləmək üçün lazımdır. Proteinlər əzələlərin bərpasına, yemək aralarında aclıq duyğularının qarşısını almağa, qan şəkərini tarazlaşdırmağa kömək olur. Həmçinin pəhriz əsnasında hipoqlisemiya və ya hiperqlisemiyanın qarşısını alır və immunitet sistemini dəstəkləyir. Gün ərzində 1-2 dəfə qatıq yemək lazımdır.

Qatığı istiotla qarışdırsanız...

İstiotun tərkibindəki kapsaisin birləşməsi isə bədənin istilik istehsalını artıraraq enerji (termogenez) istifadəsinə təsir edir. Tipik olaraq termogenez soyuğa qarşı olaraq yaranır, bədən istilik istehsal etmək və bədən istiliyini artırmaq üçün yağları yandırar. Bununla birlikdə kapsaisin istilik reseptorları ilə bağlandığı zaman da termogenez yaranır. İstiot qatıqla qarışdırıldıqda yağ yanmasını artırır və göbək ətrafındakı yağları əridir.

Limonlu qatıq qarışımı

Limon suyunun bir çox faydası var. İnfeksiyalarla mübarizə aparır, dəmirin əmilməsinə kömək edir. Ancaq qatığa əlavə edilən limon ekstra C vitamini alımından əlavə, yağ yanması ilə bağlı bir fəaliyyətdə olmur. Limon sevilirsə, yağları yandırmaq üçün deyil, ləzzətli və sağlıqlı bir dadlandırma üsulu olduğu üçündür.


Sarıköklü qatıq qarışımı


Sarıkök antioksidant və iltihaba qarşı özəllikləri sayəsində bədəndəki xroniki iltihablar, oynaq iltihabları, metabolik sindrom və yüksək qan yağlarının müalicəsində kömək edir. Sarıkök qatıqla qarışdırıldığında orqanizmə fayda verir və artıq çəkinin azalmasına kömək edir.

Qatıq göbək nahiyəsindəki yağları əridir?

Göbək yağı ilə əlaqədar problem dərinin altında olan əlavə toxuma qatıyla məhdudlaşmır. Eyni zamanda daxili orqanlarınızı da bürüyən qarnınızın dərinliyində olan yağları (intraabdominal yağ) da əhatə edir. Ümumi ağırlığınız nə olursa-olsun böyük miqdarda göbək yağına sahib olmaq kardiovaskulyar xəstəliklər, insulin müqaviməti və 2-ci tip diabet, kolorektal xərçəng, yüksək qan təzyiqi kimi xəstəliklərin yaranma riskini artırmaqdadır. Yaş və genetik faktorlar da göbək yağı yaranmasına səbəb olur.

Gün ərzində hər şeyi yeyərək, sadəcə bir ara yeməkdə qatıqlı qarışım hazırlamaq kifayət etməz. Sağlıqlı bir pəhriz, porsiyaları idarə altında tutmaq, şəkərli içkilərdən uzaq durmaq və fiziki aktivliyi artırmaq mütləqdir. Hər qidanın orqanizmə ayrı-ayrılıqda saysız faydası var. Qidalanmada rəng, müxtəliflik əsasdır və hər qidanın faydası da dozasında gizlidir. Qatıq, istiot, sarıkökdən ibarət mükəmməl bir pəhriziniz olsa belə, idman etmədən tək başına qarın yağlarını əritməyə çatmaz. Həftədə ən az 3 dəfə 45-60 dəqiqə orta şiddətdə (gəzinti, az tempolu qaçış, bağça işləri və s) bir fiziki aktivlik etməlisiniz.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ