Qaynayan südün içinə əncir atın - Görün, nələr olacaq?
Təzə və xüsusilə quru əncir insan bədəninin hüceyrələrini bərpa edir. Əncir zülal, vitamin və mineral tərkibi ilə hüceyrələrin yenilənməsini təmin edən bir qidadır.
Hər gün 100 qram quru əncir qəbul edilərsə, bədənin gündəlik ehtiyaclarından kalsiumun yüzdə 17-si, dəmir və maqneziumun yüzdə 30-u, fosforun yüzdə 20si, B1 vitamininin yüzdə 5-i və B2 vitamininin yüzdə 4-ü alınmış olur. Əncir və süd ayrı-ayrılıqda bir çox xəstəliklər üçün faydalıdır. İki faydalı məhsul bir araya gəldikdə isə təsir qabiliyyəti daha çox artır.
Bunun üçün qaynayan südün içərisinə 3 - 4 ədəd əncir atın. 5 dəqiqə onların qaynamsını gözləyin. Qaynama prosesi başa çatdıqdan sonra əncirli süd qarışığını doğrayıcıdan keçirin. Əncirlər südə qarışdıqdan sonra hazırladığınız məhlulu qəbul edə bilərsiniz.
Bronxit və öskürək kimi sağlamlıq problemlərində əziyyət çəkən insanlar bu qarışımdan istifadə edə bilərlər.
Süd içə bilməyən şəxslər quru əncir yeməklə onun verdiyi faydaları əldə edə bilərlər. Əncirin içərisindəki kalsium və fosfor sümük və dişlərin formalaşması, eyni zamanda onların sağlamlığının təmin olunması baxımından olduqca faydalı bir bitkidir.