Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Babasildən qurtulmaq üçün möcüzəvi meyvədən YARARLANIN

Babasildən qurtulmaq üçün möcüzəvi meyvədən YARARLANIN

Nar qışda çox istifadə olunan və sağlamlığımıza olduqca faydalı olan bir meyvə növüdür. Narın özündən çəyirdəyinə, hətta qabığına qədər sağlamlığımıza bir çox sahədə faydası var. Lunar.Az ailem.az-a istinadən bu mükəmməl meyvənin saymaqla qurtarmayan faydaları barədə məlumat verir.

Babasil müalicəsində istifadə edilir

Cəmiyyətdə ən çox yayılmış sağlamlıq problemlərindən biri də babasildir. Bu xəstəlik gündəlik həyatda insanları çox narahat edir. Yarım litr suya bir ovuc atılaraq saxlanan nar qabığı suyunun bu xəstəliyə şəfa olduğu bildirilir.

Həzm sisteminə faydası var

Gündə bir ədəd mövsümündə yeyilən nar həzm sistemi xəstəliklərinə kömək edir.

Yanıqlarda müalicə məqsədi ilə istifadə olunur

Nar qabığı püresinin yanıqlar üzərində müalicə edici təsiri olduğu bilinir. Qabığı döyülərək yaranın üzərinə qoyulan nar, sağalma müddətini sürətləndirir. Yara üzərində olan mikrobları yox edir.

Xərçəng xəstəliklərindən qoruyur

Aparılan araşdırmalar nəticəsində narın xərçəng hüceyrələrinin yayılma sürətini azaltdığı ortaya çıxıb. Eyni zamanda xərçəng hüceyrələrinə öldürücü təsir göstərmə özəlliyi də olduğu bilinməkdədir.

Qandaki mikrobları təmizləyir

Narın tərkibində olan antioksidantların qan təmizləyici təsiri var.

Narın meyvələri ilə bərabər çəyirdəyinin də sağlamlıq üzərində bir çox müsbət təsiri mövcuddur.

Pnevmoniyanı sağaldır

Narin faydaları arasında pnevmaniyanı da müalicə edici təsiri olduğu söylənir. Nar immuniteti sürətli bir şəkildə gücləndirdiyindən pnevmaniya olan xəstələrə də məsləhət görülür.

Ürəkgetmələrə qarşı nar suyu

Narın təzyiqi normallaşdırıcı təsiri ilə bərabər ürəyi gedən bir şəxsə içirilən nar suyunun ayıldıcı təsiri olduğu bilinir.

Nar çiçəyinin də sağlığa inanılmaz müsbət təsiri

İshalı önləyir və müalicə edici özəlliyi var.
Nar çiçəyinin dəri üzərində də bir çox təsiri mövcuddur. Nar çiçəyi ölü hüceyrələrin təzələnməsini və canlanmasına şərait yaradır.

Qrip və öskürək kimi infeksion xəstəliklərdə nar çiçəyinin nəfəs açıcı təsiri olduğu bilinir.

Ağız və diş əti xəstəliklərinə faydası

Nar çəyirdəyi suyu qarqara edilərsə ağız və diş əti xəstəliklərinə qarşı qoruma yaradır.

Nar çiçəyi suyunun bağırsaq qurdlarına öldürücü təsiri var.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ