Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Xurma bəhməzinin faydaları

Xurma bəhməzinin faydaları

Təzə xurmanın faydaları kimi onun bəhməzi də müxtəlif xəstəliklərə qarşı fayda verir.

Bir çox narahatlığa qarşı qorunma təmin edən xurma bəhməzinin faydaları bunlardır:


- Qanazlığa qarşı yaxşı təsir göstərir. Bədəndəki dəmir çatışmazlığını aradan qaldıraraq qanı arıtırır. Bu sayədə bədəndəki halsızlığı və yorğunluğu da aradan qaldırır.

- Həzm sistemini rahatlaşdırır. Lunar.az bildirir ki, bağırsaq hərəkətlərini nizamlayaraq qəbizliyə qarşı yaxşı təsiri də xurma bəhməzinin faydaları arasındadır. Beləcə kolon xərçəngi və babasilə qarşı qorunma təmin edir.

- A vitamini ilə zəngindir. Zəngin A vitamini sayəsində ağciyər xərçəngi və ağız boşluğu xərçəngi kimi xərçəng növlərinə qarşı qorunmanı təmin edir.

- Tərkibindəki B-karoten, lutanın, zeaksantin kimi antioksidant maddələr sayəsində hüceyrələri zərərli təsirlərdən qoruyur. Bunun nəticəsində də bir çox xərçəng növlərinə qarşı qorumanı təmin edir.

- Mükəmməl bir dəmir qaynağıdır. Dəmir mineralı, qanın oksigen daşıma tutumunu təyin edir.

- Yaxşı bir kalium qaynağıdır. Kalium, ürək sürətini və qan təzyiqini tənzimləməyə köməkçi olan hüceyrə və bədən mayelərinin əhəmiyyətli bir komponentidir. Bu səbəblə iflic və ürək xəstəliklərinə qarşı qoruyur.

- Bəlğəmi təmizləyir, eyni zamanda öskürəyi kəsir. Bəlğəmi təmizləmək xüsusiyyəti ilə yanaşı boğaz ağrısı və boğazın iltihablanmasına qarşı yaxşı təsir edir. Bronxları rahatlaşdırır.

- K vitamini ehtiva edir. K vitamini sümüklər üçün əhəmiyyətlidir. K vitamininin yanında orta dərəcədə B qrupu vitaminləri də saxlayır.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ