Öskürəyi bir neçə günə yox edən EFFEKTLİ TƏBİİ VASİTƏ
Havaların soyuyanda əhali arasında qrip və öskürək də xeyli artır. Son zamanlar yayılan öskürəkdən isə heç bir dərman, müalicə ilə qurtulmaq mümkün deyil. Belə olduqda xalq təbabəti üsullarından daha çox istifadə edilir. Lunar.az sizə ən çox istifadə edilən xalq təbabəti üsulundan birini - bal və qara turp reseptini təqdim edir.
Bu vasitə ilə demək olar ki, qısa bir zamanda öskürəkdən tamamilə qurtulacaqsınız. Qara turpun tərkibində yüksək miqdarda yod var. Yod öskürəyə qarşı əla təsir göstərir. Xərçəngə qarşı qoruyucudur. Revmatizm və damar sərtliyinə qarşı yaxşı təsir edir. Qanı zəhərlərdən təmizləyir.
Qara turp və balın hazırlanması:
Hazırlanması çox asandır. Əvvəlcə turpu yaxşıca yuyun. Üst tərəfdən baş hissəsini qapaq kimi kəsin. Alt hissəsindən də azca kəsin. Daha sonra turpun içini oyun. Amma diqqətli oyun ki, turpun divarları çox nazilməsin. Sonra turpu bir stəkanın ağzına yerləşdirin. İçərisinə təmiz bal tökün. Turpun üst tərəfdən kəsdiyiniz hissəsini qapaq kimi bağlayın. Ən azı 1 gecə saxlayın. Turpun suyu balla birlikdə stəkana axmağa başlayacaq. Stəkanda yığılan sudan gündə 2-3 qaşıq içməyiniz kifayətdir. Bir neçə gündən sonra öskürəyin azaldığının şahidi olacaqsınız.