Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Uşaqda qurd olduğunu necə bilmək olar? - MƏŞHUR HƏKİM AÇIQLAYIR

Uşaqda qurd olduğunu necə bilmək olar? - MƏŞHUR HƏKİM AÇIQLAYIR

Qurd xəstəlikləri bütün dünyada ən yayılmış xəstəliklərdən biridir.


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada 4,5 mlrd. insanda müxtəlif qurd xəstəlikləri var. Bu xəstəliklər xüsusilə Afrika və Asiya ölkələrində daha çox yayılıb. Avropa ölkələrində qurd xəstəliklərinə daha az təsadüf edilir.

Lunar.az saglamolun.az-a istinadən sizə tanınmış ukraynalı pediatr Evgeni Komarovskinin uşaqlarda qurd xəstəlikləri ilə bağlı çox vacib fikirlərini çatdırır.



1. Avropa ölkələrində 99% qurd xəstəliklərini askarid, tükbaş və biz qurdu yaradır.



2. Bu qurdları yalnız nəcisdə aşkar etmək mümkündür. Heç bir qan analizi və ya "kompüter müayinə"si qurdaları aşkar etməyə kömək etmir.



3. Nəcis analizi 3 dəfə fasilələrlə verilməlidir. Yalnız bu halda qurdları aşkar etmək mümkündür. 1 dəfə verilmiş və nəticəsi "mənfi" olan analiz dəqiq göstərici sayılmır.



4. ÜST uşaqlara profilaktik məqsədlərlə qurd əleyhinə dərmanların verməyini tövsiyə etmir. Belə dərmanlar yalnız qurd aşkar olunduqda uşağa verilə bilər.



5. Uşağın ağzından pis iyin gəlməyi, yuxu zamanı dişlərin qıcırdatması, yuxu zamanı uşağın ağzından suyun gəlməyi və s. kimi simptomlar uşağın orqanizmində qurdun olmasının əlamətləri sayılmır.



6. Ailədə 1 uşaqda biz qurd aşkar olunubsa, bütün ailə bu qurda görə müalicə almalıdır.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ