Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Böyrək daşı, diabeti olanlar BU ÇAYDAN İÇSİN

Böyrək daşı, diabeti olanlar BU ÇAYDAN İÇSİN

Qarğıdalı saçağından hazırlanan çay içmisiniz? İnsan sağlamlığına bir çox faydası olan qarğıdalının saçağının da orqanizmimizə inanılmaz köməyi var.
Lunar.az sizə müxtəlif infeksiya və xəstəliklərə qarşı immunitet qazanmağa təsir edən qarğıdalı saçağı çayının hazırlanma qaydasını göstərir.

Faydaları:

Müxtəlif xəstəliklərlə savaşan bu çayın sidikqovucu xüsusiyyəti var. Qarğıdalı saçağından hazırlanmış çay böyrək daşlarının yaranmasının qarşısını yüksək şəkildə alır.

Kişilərdə rast gəlinən prostat vəzi problemlərini aradan qaldırır.

Qarğıdalı saçağı çayı bədənə qüvvət verərək revmatizm ağrılarına fayda göstərir.

Yüksək təzyiqi aşağı salır və qan təzyiqini normallaşdırır.

Diabet xəstəliyinə də faydalı olan qarğıdalı saçağı çayı xronik yorğunluğu olan şəxslərdə qüvvətlənməyə kömək edir.

Hazırlanması:

Yetişmiş və bir az tündləşmiş qarğıdalı saçaqlarını kiçik bir çaynikdə qaynar suyun içinə qoyaraq az odda 10 dəqiqə dəmləyin. Artıq çay içilməyə hazırdır.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ