Günəşli bir ərazidəsinizsə və yetərincə günəşə çıxa bilmirsinizsə, D vitamini çatışmazlığı yaşamağınız olduqca yüksəkdir. Aparılan araşdırmalara görə, qadınlarda yumurta sağlamlığına da mənfi təsir edən bu vitamin sonsuzluğa yol aça bilir. Ürək və damar xəstəliklərinin qarşısını alan D vitamini çatışmadıqda reproduktiv sağlamlığa mənfi təsir edir. Xüsusilə yaşı 35-i keçən şəxslərdə D vitamini çatışmazlığına daha çox rastlanır. Üstəlik D vitamini qanımızda kalsium səviyyəsini bəlli edən və bağırsaqdan kalsium əmilməsinə yardım edən bir vitamindir. Bəs D vitamini çatışmazlığının qarşısını almaq üçün nə etməliyik?
Lunar.az tərkibində D vitamini çox olan qidaları təqdim edir.
Balıq Həm sağlam, həm ləzzətli qida olan balığı həftədə ən az 3 dəfə yesəniz, D vitamini ehtiyacınızı böyük səviyyədə almış olursunuz.
KartofPüre halında olan kartofa bir az yağlı süd əlavə etsəniz, gündəlik D vitamini ehtiyacını ödəmiş olacaqsınız.
Göbələk Göbələk gündəlik D vitamini ehtiyacının 7 faizini qarşılayır
Süd və süd məhsulları
Pendirlər və tam yağlı süd kalsium baxımından zəngindir
YumurtaB12 və protein baxımından çox zəngin olan yumurta gündəlik D vitamini ehtiyacının 4 faizini qarşılayır.