Havaların soyuması ilə bərabər bəzi xəstəliklər də insanları narahat etməyə başlayır. Əksər insanlar öskürəkdən əziyyət çəkirlər. Amma
Lunar.az-ın verəcəyi bu reseptlərlə siz öskürəkdən tez bir zamanda qurtulacaqsınız.
Bal və zəncəfil Bir çay qaşığı bala zəncəfil qarışdıraraq, qarışım hazırlayın və qəbul edin. Bu qarışım boğaz ağrısına və öskürəyə çox faydalıdır. Amma bu qarışımdan uşaqlara vermək olmaz.
İstiot və bal Bir stəkan südün içinə hərəsindən bir xörək qaşığı olmaqla istiot və bal qarışdırın. Bu qarışımı gündə 2 dəfə istifadə edə bilərsiniz.
Heyva yarpağı Heyva yarpağını isti suyun içində 5 dəqiqə qaynadıb için. Bu qarışımın öskürəyə faydası olduğu deyilir.
İstiotlu zeytun yağı Zeytun yağını bir qabın içərisində yanmayacaq şəkildə isidin. Daha sonra içərisinə bir az istiot əlavə edib belinizə sürtün. Bu qarışımı belinizə sürtdükdən sonra bir parçayla sarıyın. Öskürəyi dərhal kəsdiyi bilinir.
İsti duş İsti duş allergiya və astmadan qaynaqlanan öskürəyə fayda verir.
Buxar vannası Qaynayan suyun içərisinə bir az nanə aromalı vazelin qoyaraq buxar vannası qəbul edin. Bronxları açaraq öskürəyi kəsir.
Soğanlı su 1 ədəd soğanı dörd yerə bölüb, 1 stəkan su əlavə edib qaynadın. 5 dəqiqə qaynatdıqdan sonra altını söndürüb, bir az soyumasını gözləyin. İçə biləcəyiniz hala gəldikdə suyunu süzüb stəkana tökün, içinə 1 çay qaşığı bal qatıb için. Yarım saat sonra öskürəkdən azad olacaqsınız.
Ballı turp İri turpun içərisini bir az oyun və dibini deşin. Daha sonra turpu stəkanın içərisinə yerləşdirin və içinə bal əlavə edin. Turpu o şəkildə ertəsi günə qədər saxlayın və stəkana damlamış balı için.
Sarımsaq Bir stəkan qaynar suyun içərisinə bir diş sarımsaq və 2 ədəd darçın əlavə edin. 5 dəqiqə dəmlədikdən sonra için. Öskürəyin dərhal kəsildiyinin şahidi olacaqsınız.
Limonlu qarabibər Yeni kəsilmiş yarım limonun üzərinə bir az qarabibər və duz səpərək limonu bu şəkildə yeyə bilərsiniz.