Dırnaq uzananda bir tərəfdən və ya hər iki tərəfdən dərinin içinə daxil olmasına dırnaq batması deyilir.
Adətən ayaq barmağında müşahidə edilən dırnaq batması, dırnaq uzandıqca və dəriyə batan qism artdıqca dırnaqların hamısına təsir edir.
Lunar.az bildirir ki, bunun başlıca səbəbləri dırnaqların çox dibdən kəsilməsi, həddindən artıq çəkiyə görə ayaqlara yük düşməsi, ayaq barmağına dəymiş zərbələr, ayaq dırnaqlarında rastlanan göbələk, ayağın quruluşuna uyğun olmayan nazik burunlu ayaqqabılar və s. ola bilər.
Ciddi fəsadı olmayan dırnaq batmasını evdə müalicə edə bilərsiniz. Bunun üçün aşağıdakı üsullar tövsiyyə olunur.
Duzlu suDuzlu su batan dırnağa infeksiya düşməsinin qarşısını alır və yumşalmasına kömək edir. İlıq suya 2 çay qaşığı duz atın və ayaqlarınızı suyun içində 25-30 dəqiqə saxlayın. Bu prosesi hər gün 2 dəfə tətbiq etdikdə ağrı keçəcək.
Əl bıçqısıHazırda dırnaq batması problemilə üzləşmisinizsə, dırnağın dəri ilə birləşdiyi yerə diqqət etməlisiniz. Bunun içində dırnağı kəsdikdən sonra kənarlarını əl bıçqısı ilə düzləşdirin.
PambıqDırnağın batan ucu ilə dəri arasına kiçik pambıq yerləşdirmək həm ağrını yüngülləşdirir, həm də batığın daha da inkişafının qarşısını alır.
Təbii yağlarDırnaq batmasında batan dəri nə qədər sərt olarsa, ağrı da bir o qədər artar. Bunun qarşısını almaq üçün batmanı yumşaq saxalayaraq ağrını yüngülləşdirə bilərsiniz. Batığı yumşaltmaq üçün çay ağacı yağı daha effektivdir. Çay ağacı əvəzinə zeytun yağından da istifadə edə bilərsiniz. İstifadə edəcəyiniz yağı dırnaq və ətrafına yaxşıca yedirərək, sürtün. Bu cür vəziyyətdə 1-2 saat saxlayın. Gün ərzində batmış dəri quruduqda yenidən istifadə edin.//deyerler.org