Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
B vitamininin yüksək dozada qəbulu siqaretçəkən kişilərdə xərçəng riskini artırır

B vitamininin yüksək dozada qəbulu siqaretçəkən kişilərdə xərçəng riskini artırır

Siqaretçəkən və B6 və B12 vitaminlərini yüksək dozada qəbul edən kişilərdə ağciyər xərçənginə yoluxma ehtimalı 30-40 faiz artır.

Lunar.Az AZƏRTAC-a istinadən bildirir ki, alimlər Vaşinqtonda 50-76 yaşarası 77 min kişi üzərində araşdırma həyata keçiriblər.

Elm adamları iştirakçılar arasında siqaretçəkən 3 min 200 nəfərin 139-nun ağciyər xərçəngi olduğunu bildiriblər. Bundan əlavə, B6 və B12 vitaminlərinin qəbulunun siqaretçəkən kişilərdə ağciyər xərçəngi riskini 30-40 faiz artırdığı məlum olub.

Lakin siqaretçəkən qadınlarda və siqaret çəkməyənlərdə həmin xəstəlik riskinə rast gəlinməyib.

Beləliklə, kişilərdə B12 vitamininin gündəlik normadan 11 dəfə yüksək qəbulu ağciyər xərçəngi riskini 30, B6 vitaminin qəbulu isə 40 faiz artırır. Nəticələr kişilərdə ağciyər xərçəngi, siqaret və yüksək dozada B vitamininin qəbulu arasında əlaqə olduğunu göstərir.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ