Lobyanın fərqli rəngləri orqanizmə müxtəlif təsir göstərir. Lakin ümumilikdə lobya əzələ toxumasının və immunitetin qüvvəsini artırır. Paxla məhsulu olduğundan onu nahara yemək lazımdır. Onurğa və oynaqları, həmçinin beyin qişasını, ağ ciyərləri, sümük toxumasını müalicə edir. Lobyanı əvvəl isladıb sonra yaxşı bişirmək lazımdır. Qara istiot, keşniş, muskat qozu kimi ədviyyatlar lobyanı həzm etməyə yardım edir.
Qırmızı lobyanın kalorililiyi 100 q qırmızı lobyanın kalorililiyi 93 kkal təşkil edir.
Qırmızı lobyanın tərkibi və faydalı xüsusiyyətləri Qırmızı lobya yüksək keyfiyyətli asan həzm olunan zülalın mənbəsidir ki, ət məhsulların tərkibindəki zülala bərabərdir, faydalı xüsusiyyətlərə görə isə ondan üstündür. Qırmızı lobyanın tərkibində B qrup (B1, B2, B5, B6), C, H və PP vitaminləri, həmçinin, demək olar ki, orqanizm üçün lazım olan bütün mineral maddələr (kalium, kalsium, maqnezium, sink, mis, manqan, dəmir, kobalt, nikel, alüminium, fosfor, natrium) var. Qırmızı lobyanın tərkibindəki sellüloz yumşaqlığı ilə fərqlənir, tədricən enerji ilə təmin edir və nəticədə toxluq hissini uzun müddət saxlayır. Qırmızı lobyadakı mürəkkəb karbohidratlar tez doymaya səbəb olur, buna görə də kökəlmədən əziyyət çəkənlərə tövsiyə edilir. Qırmızı lobya ürək-damar və sinir sisteminə müsbət təsir göstərir, immun sistemini möhkəmləndirir, yeni, o cümlədən bədxassəli, törəmələrə qarşı profilaktik vasitədir. Lobya qanyaranma proseslərində iştirak edir, qanda hemoqlobinin səviyyəsinin artmasına və xolesterinin azalmasına yardım edir.
Qırmızı lobyanın zərəriÇiy lobyanın tərkibində zəhərli maddələr var, buna görə onu mütləq bişirmək lazımdır. Lobya həzm üçün kifayət qədər ağır məhsuldur, buna görə mədə-bağırsaq yolu xəstəlikləri olan insanlara, əsas da kəskinləşmə mərhələsində, lobyanı ehtiyatla qəbul etmək məsləhət görülür. Hamilə qadınlar, yaşlı insanlar, 12 yaşa qədər uşaqlar qırmızı lobyadan hazırlanan xörəkləri çox miqdarda qəbul etməməlidirlər.
Qırmızı lobya kulinariyada Qırmızı lobyadan şorba, qarnir, salat və müxtəlif xörəklər hazırlamaq olar. Qırmızı lobya qızardılmış soğan, sarımsaq, quru göy, qoz, yumurta, pomidor və təzə pendirlə ideal uyğunluq təşkil edir.