Şəkərli diabet xəstələrinin qidalanmalarına qarşı diqqətli olmaları onların həyatı üçün çox vacibdir. Lakin elə qidalar var ki, sağlam yaşaya bilmələri üçün onları menyularından əskik etməməlidirlər.Bu meyvələr qan şəkəri səviyyəsini idarə edir. Eyni zamanda, diabetin meydana gətirdiyi mənfi simptomların azalmasına kömək olur.
Alma
Alma mükəmməl lif qaynağıdır. Tərkibində olan liflər həm tox saxlayır, həm də qan şəkərinin sorulmasını yavaşladır. Almanın zəngin lif nisbəti insulin müqavimətinə səbəb olan faktorlara qarşı olduqca təsirlidir. Alma şəkər xəstəsi olan insanlarda meydana gələn infeksional xəstəliklərin tez zamanda aradan qaldırılmasını təmin edir.
Qara gavalı
Qara gavalı müxtəlif anti-diabetik xüsusiyyətlərə malikdir. Tez-tez sidiyə çıxma və susuzluq hissini aradan qaldırmağa kömək olur. Qara gavalı eyni zamanda bədəndə olan nişastanın qan şəkərini nizamlayan enerjiyə çevirməsinə kömək olur.
Qreypfrut şəkərli diabet xəstələri üçün ən faydalı meyvələrdən biridir. Gün ərzində 1 ədəd yeyilə bilər. Kivi, nar, giləmeyvələr, yemiş və qarpız (gün ərzində 1 kiçik dilim) da şəkərli diabet xəstələrinə olar.
Banan, əncir, xurma, üzüm kimi meyvələr isə şəkərli diabet zamanı əks-göstəriş sayılır.