“Əbu Cəhl qarpızı” ərəb kökənli bitkidir. Latınca “cucurbitaceae” olan bu bitki ölkəmizin bütün bölgələrində təbii olaraq yetişir. Xalq arasında "eşşək xiyarı", "çaqqal yemişi", "acı yemiş", "acı xiyar", "yabanı xiyar" olaraq tanınır.
Lunar.az xəbər verir ki, alma böyüklüyündə olan meyvə çox acıdır. İshal yaradır. Tərkibində“colocynthine” var və zəhərli bitkidir.
Bitkinin faydalarına nəzər yetirsək, qaynadılmış suyu serroz xəstəliyinə, ağrılara, qan laxtalanmasına və fil xəstəliyinə yaralıdır. Buruna damcılatsaz, qapalı məsamələri açır, bədəndəki sarılığı təmizləyir. İçi boşaldılmış meyvəsinin içərisinə bal doldurun. Onu qaynadıb istifadə edin, sakitləşdirici xüsusiyyətə malikdir. Dəri xəstəliklərində və yaralarda kökündən hazırlanan ləpə və mərhəmindən istifadə edirlər.
Xəbərdarlıq: Bitki zəhərlidir, yalnız həkim məsləhəti ilə istifadə etmək olar.