Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Bu qidalar sizi 10 il cavanlaşdıracaq - SİYAHI

Bu qidalar sizi 10 il cavanlaşdıracaq - SİYAHI

Bu qidalar sizi 10 il cavanlaşdıracaq - SİYAHI


Hamımız mümkün olduğu qədər daha gənc görünmək istəyirik. Genetikamız bunu təyin edən ən əhəmiyyətli faktor olsa da, düzgün qidalanma da cavan qalmağa kömək edir.

Avokado

Tərkibindəki yüksək yağ səbəbindən avokadonun sizi kökəldəcəyini düşünürsünüz. Amma onlar sağlam yağlardır. Gündə 1 avokado yemək xolesterol səviyyəsini aşağı salır və dərinizin yenilənmə prosesini dəstəkləyir. Bədəninizdə C vitamini, kalium və müxtəlif antioksidantların qəbulunu təmin edir. Fol turşusu baxımından da olduqca zəngindir. Avokado suyu içmək də özünü yemək qədər faydalıdır. Hazırlanması isə çox sadədir. Blenderdə 1 avokadonun içini, süd, əzilmiş buz və bir qaşıq qəhvəyi şəkər qoyub yaxşıca kremli bir konsistensiya halına gələnə qədər çəkməyiniz kifayətdir.

Çiyələk, albalı və tut

Bu kiçik meyvələr ehtiva etdiyi yüksək antioksidant miqdarı sayəsində müxtəlif hüceyrələrin ölməsi və zədələnməsinə mane olur. Eyni zamanda, oynaq ağrısına və şişkinliyə də yaxşı təsir edir. Lakin xüsusilə zehni fəaliyyətə olan faydaları səbəbindən mütəxəssislər bu giləmeyvələri yeməyi təklif edir. Giləmeyvələr yaddaşsızlıq, və bu kimi beyin xəstəliklərinə yaxşı təsir edir.

Kök

Bu tərəvəzin tərkibində olan beta keratini bədən A vitamininə çevirir. Bunun isə gözə çox sayda faydası var. Kök gözlə bağlı bütün problemlərə yaxşı təsir edir. Eyni zamanda, dərini qırış və erkən yaşlanma təsirlərindən qoruyur. Kökü çox bişirməməyə çalışın. Çünki çox bişirmək onun tərkibindəki qidalandırıcı vitamin və qidaları azaldır.

Sitrus meyvələri

Sitrus bitkiləri C vitamini və fol turşusunun ən əhəmiyyətli qaynağıdır. Xolestrol səviyyəsini və qandakı urik turşu miqdarının azalmasına kömək edir. Əgər sitrus bitkilərini nizamlı olaraq yesəniz, qan dövranı problemləri, ürək və oynaqlarda ağrıya səbəb olan xəstəliklərin qarşısının alınmasına kömək edərsiniz. Bununla yanaşı, boş mədəyə limon suyu içmək də qalın bağırsağınızı təmizləyəcək və bədəninizdə detoks təsiri yaradacaq.

Sarımsaq

Sarımsaq uyğun miqdarda yeyildikdə infeksiyaların qarşısını alır. Göbələkləri və bakteriyaları öldürücü xüsusiyyəti sayəsində bu super qida təbii antibiotiklərin ən əhəmiyyətli qaynağıdır. Yaşlanma əleyhinə təsiri də var. Həmçinin xolesterolu tarazlayır, qan dövranını sürətləndirir və yüksək təzyiqin qarşısını alır. Müxtəlif xərçəng növlərinə tutulma riskini də azaldır.

Qara şokolad

Qara şokoladın sağlamlığa bir çox faydası var. Tərkibinə dərini ultrabənövşəyi şüaların zərərli təsirlərindən qoruyan, sərbəst radikallarla mübarizə aparan və dəridəki nəm miqdarını tarazlayan flavanoidlər kimi bir çox antioksidantlar daxildir. Lakin bütün bu faydaları yalnız tərkibində ən az 75% nisbətində kakao ehtiva edən şokoladlar verir.

Zeytun yağı

Zeytun yağı yalnız sağlam qidalanma formasının əhəmiyyətli bir parçası deyil. Eyni zamanda, dəriyə qulluq baxımından da əhəmiyyətlidir. Zeytun yağının tərkibində olan alpha-linolenic turşusu dərini nəmləndirir və möhkəmləndirir, yaşlanmağın qarşısını alır. Gecə yatmazdan əvvəl bir neçə damcı zeytun yağını göz ətrafınıza tətbiq edin. Bu, dərinizi nəmləndirəcək, yumşaldacaq və qırışların qarşısını alacaq. Durulamanıza ehtiyac yoxdur.

Pomidor

Pomidor sağlamlığınız üçün çox əhəmiyyətli bir qidadır. Tərkibinə yüksək miqdarda vitamin A, C və fol turşusu daxildir. Eyni zamanda, pomidora qırmızı rəng verən likopen qırmızı şərabın tərkibində olan resveratroldan 14 qat daha güclü bir antioksidantdır. Dərini ultrabənövşəyi şüalara qarşı, ürək və damar, yoluxucu xəstəliklərə qarşı qoruyur.

Yağlı balıq

Somon, ton, qalxan balığına bədən hüceyrələrini yeniləyici və xolesterolu aşağı salan Omeqa-3 yağ turşuları daxildir. Bütün bunlarla yanaşı, sobada bişirilmiş qızıl balıq daha çox məsləhət görülür. Yalnız üzərinə bir az duz və istiot səpin, bibəriyə budaqları və limon dilimləriylə üzərini örtün. Zeytun yağı sürtün və sobada bişirin.

Zərdəçal

Ümumiyyətlə, toz halında olan bu bitki məşhurdur. Bunun da səbəbi xərçəngin qarşısını alması, həzmə kömək etməsi və iltihab əleyhinə xüsusiyyətləridir. Yeməklərinizi bu ədviyyatla ləzzətləndirin. Eyni zamanda, yaşlanma müddətini də yavaşladır, enerji verir və stressli zamanlarınızda əhvalınızı yüksəldir.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ