Xalq arasında böyrək daşı deyilən – sidik turşusu, oksalat və kalsiumun miqdarının çox olması böyrəklərdə yığılaraq bərkiyir.
Kristal şəkildə sidiklə kənara atılmaq əvəzinə yığılıb qalınca, insana yandırıcı ağrılar verir, hərəkət qabiliyyətini müvəqqəti məhdudlaşdırır. Böyrək daşı düşərkən qusma, halsızlıqla müşahidə olunur.
Lunar.az xəbər verir ki, indiyədək böyrək daşının düşürülməsi, yenilərinin yaranmaması üçün alternativ tibbdə bir çox məsləhətlər verilib.
Bunlar arasında gilas sapı, qarğıdalı saçağı ən çox təcrübədən keçirilmiş olanlardır.
Amma türkiyəli uroloqlar müalicəyə alternativ olaraq ən sadə vasitə - su və hərəkəti məsləhət görürlər. Böyrək daşı olanlar su içməyi qətiyyən gözardı etməməlidirlər. Belə xəstələr gündə 2-2,5 litr su içməlidirlər. Bundan başqa gəzinti də yeni daşların yaranmasını əngəlləyər.