Ən çox sevilən sitrus meyvələrdən olan portağalın bir çox faydaları var. Portağalın özü qədər qabığı da faydalıdır.
Portağalı soyduqdan sonra qabıqlarını atmayın. Çünki qabıqlar bilmədiyiniz bir çox şeydə sizə kömək edə bilər. Xanımlar portağal qabıqlarından gündəlik məişətdə daha çox yararlana bilərlər.
Lunar.az-in məlumatına görə, portağal qabığı flavonoidler C vitamini ehtiva edir. Bu xüsusiyyəti ilə öz sağlamlığınızı qorumağa köməkçi olarkən eyni zamanda xərçəng hüceyrələrinin böyüməsini ləngidir.
Portağal qabığını əzib toz halına gətirib, dərman hazırlaya bilərsiniz. Bu toz infeksiya xəstəliklərinə qarşı immunitet sistemini gücləndirir, tənəffüs yolu xəstəliklərindən olan bronxitə qarşı müsbət təsir göstərir. Portağal qabıqları pis nəfəs qoxusuna səbəb olan faktorları aradan qaldırır. Böyrək daşı əmələ gəlməsinin qarşısını alır. Qan dövranın sürətləndirir.
Damar tıxanmalarının qarşısını alır. Bədənin müqavimətini artırır.
Portağaldan sağlamlığınız üçün əla bir vasitə hazırlaya bilərsiniz:
İçi boşaldılmış portağal qabışını içinə, kibrit çöpü şəklində doğranmış zəncəfil və bir parça darçın qoyun, üzərinə qaynar su əlavə edin. Daha sonra bu unikal çayı vam oda qoyun və dəmlənməsini gözləyin. Bu proses təxminən 2- 5 dəqiqə müddətdə baş verir. Bu çay içərisinə, zövqə və tələbata görə limon əlavə edilərək işlədilir. Bu çayın orqanizmə olan faydalarına görə, hər bir insanın nizamlı bir şəkildə istehlak etməsi sağlamlıq baxımından olduqca əhəmiyyətlidir.
Parazitləri, qurdları bir gündə orqanizmin bütün orqanlarından xaric edən sehirli çayı hər gün təzə şəkildə hazırlamaq məsləhətdir. Yatmamışda 30 dəqiqə əvvəl qəbul edin, daha hec bir qida qəbul etməyin. İçən kimi dərhal uzanın. Səhər qurdların töküldüyünü hiss edəcəksiniz. Bu proseduru 3 gün davam etsəniz ən gözəl nəticəni alacaqsınız.
Darçın zəncəfil çayı, bir çox faydası ilə insanların diqqət mərkəzində olmağa davam edir. Xüsusilə immunitet sistemini gücləndirilməsi xüsusiyyəti ilə bədən müqavimətini artıraraq sizlərə güclü bədən, yəni xəstəliklərdən çox daha rahat qoruna bir orqanizm təmin edir. Bu səbəblə xüsusilə mövsüm dəyişiklik zamanlarında bu çaydan bol sərf etməyiniz tövsiyə olunur. İstehlak etdiyiniz bu çaydan istədiyiniz nəticə alacaqsınız, buna qəti şəkildə, əmin olun. Bu əsas əsas xüsusiyyətlərindən ən onəmlisi isə bakteriyaları, virusları məhv etməsi və tez bir zamanda orqanizmdəki qurdları və parazitləri xaric etməsidir. //SaqlamHeyat.az