Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Narın faydaları - Araşdırma

Narın faydaları - Araşdırma

Narın faydaları - Araşdırma



"Aldım bir dənə, açdım min dənə". Yəqin ki, bu tapmacanın cavabını tapmağa çətinlik çəkmədiniz. Açması nar olan bu tapmacanı yazmağımızda məqsəd ondadır ki, bu gün sizə narın faydalarından yazacağıq. Payız müvsümündə ağız dadıyla yediyimiz nar haqqında nə qədər məlumatınız var?

Əvvəlcə onu deyək ki, narın tərkibi kalium, dəmir, kalsium, fosfor mineralları, C və B1, B2 vitaminləri ilə zəngindir. Onun ən qiymətli sortu eramızdan əvvəl qədim Yunanıstanın Karfagen vilayətində becərilmişdir. Narın müalicəvi xassəsi eramızdan hələ çox-çox əvvəl assuriyalılara, misirlilərə, yunanlara və romalılara məlum idi. Azərbaycanda da nardan və onun meyvələrinin qabığından istifadə olunur.

Lunar.Az deyerler.org-a istinadən bildirir ki, eramızdan 1500 il əvvəl Çin təbibləri nar qabığını qurd dərmanı kimi işlətmişlər. Narın növündən və sortundan asılı olaraq, meyvələri şirin və turş olur. Nara turş dad verən onun şirəsindəki limon turşusudur. Nar meyvəsinin tərkibi şəkər və limon turşusu ilə yanaşı, vitaminlərlə, boyayıcı maddələrlə, makro və mikroelementlərlə də zəngindir.

Cır nar meyvəsinin şirəsindən təbabətdə və yeyinti məhsulları sənayesində istifadə etmək üçün limon turşusu istehsal olunur. Meyvəsinin qabığı da faydalıdır. Onu çay kimi dəmləyib, mədə bağırsaq xəstəliklərində ishala və dezinteriyaya qarşı qəbul edirlər. Böyrək və qaraciyər xəstəliklərinə tutulanlara nar şirəsi içmək çox xeyirlidir. Şəkər xəstəliyi olanlara cır narın şirəsindən içmək məsləhətdir. Xalq təbabətində nar meyvəsinin qabıqlarından "nar qəzəli" adı ilə, eləcə də nar ağacının gövdə və budaqlarının qabıqlarından toz formasında və sulu bişirmə şəklində qurd əleyhinə dərman kimi istifadə edilir. Şəki rayonunda narda iştah artırmaq üçün "nardaşa" adlanan şərbət hazırlanır. Həmçinin cır nardan "narşərab" hazırlanır ki, bu da həzmetmə prosesinə kömək edir və sınqa xəstəliyinin müalicəsində yaxşı nəticə verir.

Nar şirəsindən hipertoniya xəstəliyində, eləcə də ürək ağrılarında istifadə olunur. Nar şərbəti döş ağrıları zamanı öskürək dərmanı kimi də qəbul etmək olar. Xalq təbabətində nar şirəsindən yel xəstəliyində sürtmə dərmanı kimi işlədilir. Nar ağacının kökünü qurudaraq toz halına salıb, onu əzvayla bərabər miqdarda qarışdırırlar, sonra çıxıqlarda, əziklərdə təpitmə şəklində ağrıkəsici kimi işlədirlər.
Nar qabıqlarını və çiçəklərini çay kimi dəmləyib, boğaz ağrılarında, angina, diş ətinin iltihabı xəstəlikləri zamanı antiseptik qarqara dərmanı kimi istifadə edirlər.

Narın başqa bilmədiyimiz faydaları...

- Nar qızdırmanı, yorğunluğu aradan qaldırır, bədənə enerji verir, ürəyi, mədəni və diş ətini qüvvətləndirir. Mədə iltihabı və ağız yarası üçün faydalıdır, immunitet sistemini gücləndirir, orqanizmi xərçəng xəstəliyindən qoruyur. Nar təzyiqi aşağı salır, damar sərtliyinin qarşısını alır. Bu xüsusiyyətlərinə görə nar ürək-damar xəstəliklərinə qarşı ən yaxşı qoruyucu vasitə hesab olunur. Nar dəri üçün də faydalıdır.
- Narın qabıqlarından çay dəmləyib içilərsə, ishalı kəsir, bağırsaq qurdlarını tökür, dənələrini örtən pərdə isə həzmi asanlaşdırır.
- Hər gün nar suyu içmək insanın bel nayihəsindəki yağların əriməsinə səbəb olur.
- Damarlarda yaranan tıxanıqlıqda faydalıdır. İnsanlar üzərində aparılan araşdırmada 2 həftə ərzində gündə 50 ml nar suyunun təzyiqi artıran səbəbləri 36 faiz azaltdığı bəlli olub.
- Bir fincan nar suyu 10 fincan yaşıl çaya bərabərdir.
- Narın tərkibində xərçəngə qarşı müdafiə özəlliyinə sahib olan antioksidanlar var. Şirədəki adıçəkilən maddə qırmzı şərab, yaşıl çay, portağal şirəsindəki ilə müqayisədə 3 dəfə çoxdur.
- Nar bədəni və qəlbi qüvvətləndirir.
- Şirin nar mədənin fəaliyyətini gücləndirir, turş nar isə mədədə olan yanma hissini aradan qaldırır.
- Nar həm boğaza, həm də ağciyərə faydalıdır, öskürəyi kəsmək qabiliyyətinə malikdir.
- Dırnaq iltihabı və cərrahi yaraların müalicəsində nar tumunun balla birlikdə qarışdırılaraq əldə edilən məlhəmindən istifadə məsləhət görülür.
- Ürəyin ən gözəl dərmanı 1 stəkan nar suyudur..
- Ən çox mədə-bağırsaq xəstəlikləri zamani istifadə edilir, nar boğaz, sinə, ağ ciyərlər üçün önəmlidir, öskürəkdən şikayəti olanlar ondan istifadə edə bilərlər.
- Nar meyvəsinin suyu bağırsaqları yumşaldır.
- Mədə iltihabına qarşı çox faydalıdır.İshalı saxlayır və ürəkbulanmanı aradan qaldırır.
- Nar suyu orqanları gücləndirici xarakterə malikdir.
- Gözdəki sarılığı aradan götürmək üçün meyvənin içindəki ətli qismi ilə narın suyu çıxarılır və bir miqdar bal ilə qarişdırılıb məlhəm olanadək bişirilir. Daha sonra bu məlhəmlə gözə sürmə kimi çəkilir.
- Diş ətinin iltihabı zamanı bir də diş çürümələrində narın suyundan istifadə etmək məsləhət görülür.
- Hər il narın 3 ədəd çiçəyindən yeyən göz ağrısından qorunmuş olar deyiblər...
- Bir ədəd narın suyu yaşıl çaya nisbətən 3 qat daha güclü antioksidanta malikdir.
- Nar suyu qan yaradıcı, təzyiq salıcı, enerji verici xassəyə də malikdir.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ