Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Duzlu yeməkləri xoşlayanlar mütləq oxusun!

Duzlu yeməkləri xoşlayanlar mütləq oxusun!

Duzlu yeməkləri xoşlayanlar mütləq oxusun!



Adi duzun tərkibində olan natrium və xlor orqanizmin normal fəaliyyəti üçün çox vacibdir.

Lunar.az-in məlumatına görə, bu səbəbdən duzdan tam imtina etmək düzgün deyil. Lakin duzlu qidaların həddindən artıq miqdarda qəbulu da yolverilməzdir.

Artıq miqdarda orqanizmə daxil olan duz ciddi pozulmalara səbəb olur.

– Duz orqanizmdən mayenin çıxmasını ləngidir və mayeni orqanizmdə saxlayır. Nəticədə qanın maye hissəsinin miqdarı artır ki, bu da ürəyi və damarları yükləyir, ödemlərə səbəb olur. Əgər belə hal daim təkrarlanırsa, bu ürək-damar sistemi xəstəliklərinin inkişafına səbəb olur. Ürək-damar sistemi xəstəlikləri olan insanlar üçün qidalanmada duzun miqdarının azaltması həyati vacib məsələdir. Bu səbəbdən kardioloqlar öz pasiyentlərinə duzun miqdarını azaltmağı tövsiyə edirlər.

– Duzlu qidalar damarların sıxılmasına və təzyiqin qalxmasına səbəb olur. Bu isə hipertoniya xəstəliyinin inkişafının riskini artırır.

– Duzlu qidalar böyrəklər üçün də ziyanlıdır – böyrəklərin normal fəaliyyətini pozur, böyrəklərdə daşların əmələ gəlməsinə səbəb olur. Məsələ burasındadır ki, duzun tərkibində olan natriumun artıqlığı orqanizmdən kalsiumun çıxmasını sürətləndirir. Kalsium isə böyrəklərdə toplanaraq daşların əmələ gəlməsinə səbəb ola bilər. Bəzi böyrək xəstəlikləri zamanı həkimlər xəstələrə duzdan ümumiyyətlə istifadə etməməyi tövsiyə edirlər.

– Duzlu qidalar piylənmənin inkişafına səbəb olur. Duzlu qidalar iştahanın artmasına gətirib çıxardır ki, nəticədə insan lazım olandan artıq qida qəbul edir. Restoranlar və fast-fudlar bundan istifadə edir və qidalara evdə bişirilən yeməklərlə müqayisədə daha çox duz əlavə edir.

– Artıq duz orqanizmdən kalsiumun çıxmasını sürətləndirir. Bu isə osteoporozun (sümüklərin sıxlığının azalması) inkişafına yol açır. Osteoporoz çox hiyləgər xəstəlikdir, özünü uzun müddət ərzində heç bir simptomla büruzə vermir. Lakin yüngül travma, yıxılma osteoporozu olan insanlarda ciddi sınıqlarla nəticələnir. Bu xüsusilə yaşlı insanlar üçün təhlükəlidir.

– Maddələr mübadiləsi proseslərini pozur. Beləliklə, duzun həddindən artıq miqdarda qəbulu sağlamlıq üçün çox ziyanlıdır. Müxtəlif turşular, hisə verilmiş qidalar, sosis-kolbasa məhsulları, mayonez, duzlu pendirlər və s. duzla olduqca zəngindir. Bu səbəbdən belə qidalardan süi-istifadə etmək olmaz.



Yemək bişirdikdə çox miqdarda duz əlavə etməyin.// Sağlamolun.az








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ