Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Anemiya xəstəliyi haqqında

Anemiya xəstəliyi haqqında

Anemiya xəstəliyi haqqında



Ümumdünya Sәhiyyә Tәşkilatının statistikasına görә, dünyada milyonlarla insan anemiya xәstәliyindәnәziyyәt
cәkir. İrәli sürülәn fәrziyyәlәrә görә, anemiya ilk vaxtlar Ərәbistanda mövcud olub. ABŞ-da insanların 40 faizindә
bu xәstәlik mövcuddur. Xәstәliyin tarixi orta әsrlәrә gedib cıxsa da, alimlәr anemiyanı 1888-ci ildә aşkarlayıblar.
Paula Erlix adlı professor anemiyanı ilk dәfә 21 yaşlı qadında tapıb.
Bәs anemiya necә yaranır,necә inkişaf edir ?Bildiyimiz kimi insan qanı plazmadan vә formalı elementlәrdәn
( yәni qan hüceyrәlәrindәn) ibarәtdir.

3 cür qan hüceyrәlәri mövcuddur:

1. Leykositlәr – bu formalı elementlәr iltihabda, immunitet reaksiyalarında iştirak edirlәr.
2. Eritrositlәr – bu formalı elementlәrin tәrkibindә dәmir daşıyıcısı olan hemoqlobin (Hb) mövcuddur
vә onların funksiyası ağciyәrdәn toxumalara oksigeni daşımaqdır.
3. Trombositlәr – laxtalanmada iştirak edir.


Anemiya (qanazlığı) dedikdә mәhz eritrositlәr vә hemoqlobin çatışmazlığına aid xәstәliklәr nәzәrdә tutulur.
Əmәlә gәlmәk mexanizminә görә anemiyalar bölünür:
1. Qanaxma nәticәsindә yaranan anemiyalar(posthemorragik anemiyalar):

• Kәskin
• Xroniki
1. Qanyaranmanın pozulması nәticәsindә yaranan anemiyalar:
• Defisit anemiyalar ( dәmir defisitli, B12 defisitli vә s.)
• Porfirin mübadilәsinin pozulması nәticәsindә yaranan anemiyalar (anadangәlmә, aplastik vә s.)
1. Qanın parçalanmasının artması nәticәsindә yaranan anemiyalar (hemolitik anemiyalar):
• Anadangәlmә (irsi)
• Qazanılmış
Dәmir defisitli anemiyalar
Dәmir defisitli anemiyalar orqanizmdә dәmirin çatışmazlığı nәticәsindә әmәlә gәlir vә bütün anemiyaların 80%-
ni tәşkil edir.
Sәbәblәri: Mәdә-bağırsaq sistemin xәstәliklәri(qastrit, mәdә vә ya yoğun bağırsağın şişlәri, qurd xәstәliklәri vә s.), hamilәlik, qidada dәmirin çatışmazlığı vә s. Bundan başqa orqanizmdә baş verәn xroniki qanaxmalar (uzun müddәt davam edәn gur aybaşı, uşaqlıq qanaxmaları, babasil,mәdә xorasının gizli qanaması vә s.) dәmir defisitli anemiyaya sәbәb ola bilәr.Əlamәtlәri: Dәmir defisitli anemiyada xәstәnin dәri vә selikli qişaları solğun olur, başgicәllәnmә, öz önündә qaraltı, qulaqlarda küydәn әziyyәt çәkir. Nәbzi tezlәşir(taxikardiya), tәngnәfәs olur, arterial tәzyiq aşağıya meylli olur.
Xәstәnin dırnaqları tez sınır, dırnağın üzәri köndәlәn xәtli, qaşığabәnzәr formada olur, saçları ucları haçalanır, tökülür. Dәri quru olur, çәtin qaralır. Bәrk, kobud qidaları udmaq çәtinlәşir, anqulyar stomatit(ağızın kәnarlarında yara) әmәlә gәlә bilәr. Bu zaman dil hamarlaşır, parlaq olur. İştahanın dәyişmәsibaş verir – xәstә tabaşir, torpaq, kömür yemәyә cәhd edir, aseton, süni boya iyindәn xoşu gәlmәyә başlayır. Mәdә bağırsaq sistemindә distrofik, atrofik proseslәr gedir. Hemoqrammada qanda hemoqlobinin miqdarı(Hb), rәng göstәricisi azalmış olur. Eritrositlәrin sayı azalmışvә ya dәyişilmәmiş ola bilәr. Mikrositoz vә poykilositoz olur.Qan plazmasında dәmirin miqdarı azalır, serumun ümumi dәmirbağlama qabiliyyәti artır, serum ferritini aşağı düşür. Diaqnoz sümük iliyindә depo dәmirin miqdarının azalmasına әsaslanaraq qoyulur.
Müalicәsi: 6 ay müddәtindә oral olaraq gün әrzindә 180 mg dәmir (2­valentli dәmir, dәmirsulfat) qәbul edilir. Әgәr mәdә­bağırsaq sistemi ilә әlaqәdar problem varsa o zaman parenteral( әzәlә daxilinә inyeksiya şәklindә) dәmir qәbul edilir. Eyni zamanda Akorbin turşusu(Vitamin C),
Vitamin B6, Fol turşusu qәbul edildikdә müalicәni effektivliyi artır.Müalicә tәsir etmәzsә xroniki qan itkisinin ola bilmә ehtimalı düşünülmәlidir. Bu cür sәbәb aşkar olunub aradan götürülmәdiyi müddәtdә müalicә effektsiz olacaq.Bundan başqa xәstәnin qidasında alma, çiy çuğundur, badam, bal, әt vә s. tәrkibindә dәmir çox olan qida mәhsulları artırılır. Xalq tәbabәtindә anemiyalar zamanı bal vә gülәm(vә ya çiçәk tozu) qarışığı, jenşen bitkisinin kökü vә bal, arı südü vә s geniş tәtbiq edilir. Otlardan aşağıdakı qarışıqdan istifadә edilә bilәr:

İtburnu, meyvәsi 20
Qara qarağat, yarpaqları 20
Gicitkәn, yarpaqları 20
Dәrman zәncirotu, gövdәsi 20/

Bu qarışığı xırdalayıb 2 x. qaşığı 0.5 l qaynar su әlavә edilib dәmlәnilir. Qida qәbulundan 15­20
dәqiqә әvvәl, gündә 3 dәfә olmaqla hәr dәfә yarım stәkan qәbul edilir. Eyni zamanda ½, 1/3 çay qaşığı
çiçәk tozu qәbul edilir. Müalicә kursu 1 aydır. Sonradan 10­15 gün fasilә verilib tәkrarlana bilәr.Anemiya xәstәliyinә uşaq qәflәtәn tutulmur . Bu xәstәlik başqa xәstәliklәrdәn fәrqli olaraq uzunmüddәt gizli keçir . Uşaq hәlә solğunluqdan xeyli әvvәl әsәb keçirir , yuxusu pozulur , ağlağan olur , yemәkdәn imtina edir , nәticәdә arıqlayıb inkişafdan qalır . Böyük yaşlı uşaqlar baş ağrısından , tezyorulmadan , ürәk döyüntüsündәn şikayәt edirlәr.
Hemolitik xarakterli anemiyada bu әlamәtlәrlә bәrabәr , uşağın dәrisindә,gözlәrindә sarılıq müşahidә olunur .Bu proses kәskinlәşdikdә ağır formalı anemiyaya çevrilir.Bu zaman uşaqda kәskin ürәk,qan­damar vә tәnәfüs sistemi çatışmazlığı yaranır . Bu halda tibbi yardım göstәrilmәzsәvәziyyәt getdikcә ağırlaşır .Әgәr hemolitik qan azlığı uşağın ilk aylarında baş verәrsә ciddi fәsadlarla – görmәnin , eşitmәnin , әqlin zәiflәmәsinә gәtirib çıxarar .Mәlumdur ki, xәstәliyin qarşısını almaq onun müalicәsindәn xeyli asandır . Anemiya
xәstәliklәrinin profilaktikası uşaq anadan olmamışdan aparılmalıdır.Bütün analar hamilәlik dövrü müayinәdәn keçmәli ,qanlarını yoxlatmalıdırlar .Bilmәlidirlәr ki , onların sağlamlıqları
uşağın sağlamlığı demәkdir .Bütün bunlarla yanaşı uşağın düzgün qidalanmasının da böyük әhәmiyyәti vardır . Uşağa süd mәhsullarından başqa vaxtında әlavә qida – vitaminlәr ,mineral
duzlar , әt , meyvә vә tәrәvәz şirәlәri vermәk lazımdı .Әgәr uşağın hәyatının birinci aylarında
onun dәrisinә uzun sürәn sarılıq müşahidә olunarsa , belә uşaqların vaxtaşırı qanı yoxlanılmalıdır . İrsi qanazlığı xәstәliyi keçirәn uşaqlar isә bir sıra dәrman maddәlәrinә qarşı yüksәk hissiyatlı olub bәzәn kәskin hemolizә uğrayırlar,ona görә belә uşaqlara hәkim mәslәhәti olmadan dәrman vermәk mәslәhәt deyildir.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ