Limonun tərkibində antibakterial xüsusiyyət olduğu üçün immun sistemini gücləndirir. Bu meyvə həzm sistemini asanlaşdırır. Limonun tərkibində kalsium, maqnezim, vitamin C, pektin, limutin və limon turşusu vardır. Limonun tərkibində olan C vitamini dərinin təravətli olması üçün lazımlı maddədir. Bir limonu səhər açqarına yemək çox faydalıdır.
Limon iztirabı aradan aparar Limon insana rahatlıq hissi verir və ifrat dərəcədə olan yorğunluğu aradan qaldırır. Limon yağı zehnin qüdrətini gücləndirir. İş mühitində işçilərin zehni fəaliyyətini gücləndirmək üçün limon ətrindən istifadə edirlər. Əgər əsəbisinizsə limon yağının bir neçə damcısını dəsmalın üstünə tökün və onu iyləyin.
Limon ağız iyini aradan qaldırar Limon bekteriya əleyhinə olduğu üçün ağızda olan bakteriyaları tez bir zamanda məhv edə bilir. Bunun üçün gündə üç dəfə 1 stəkan suya bir limonun sıxılmış şirəsi ilə qar-qara etməyiniz kifayətdir. İlk əvvəl yandırma hiss edə bilərsiniz. Ancaq davamlı istifadə etsəniz, yandırma hissi azalacaqdır.
Qızdırma Qızdırmanın müxtəlif səbəbləri ola bilər. Ancaq limon hər bir halda faydalıdır. Hər iki saatdan bir, bir stəkan suya bir qaşıq bal və bir limonun şirəsini tökün və qarışdırb için.
Döyənək bağlamış dəri Limon məlhəmini (mazını) həmin döyənək olan yerə sürtün və bir gecə saxlayın. Ya da limonun 5 milli ölçüsündə kəsilmiş dərisini həmin yerə bağlayıb yatın və səhər açın. Döyənəyi aradan aparacaqdır.
Eqzema Əgər eqzema xəstəliyindən əziyyət çəkirsinizsə, limon sakitləşdirici ola bilər. Limon yağının 8 damcısını bir stəkan su ilə qarışdırın və ona bir qaşıq bal əlavə edin. Sonra təmiz parçanı bu mayeyə batırıb 2-3 gün həmin yerin üzərində 15 dəqiqə saxlayın. Bu maye qaşınmanı da aradan aparar.
İfrat dərəcədə yorğunluq O kəslər ki, uzun səfərdən gəliblər, limonun üzərində deşik açıb, onu sovura bilərlər. Bu maye onların yorğunluğunu qaldıracaqdır. Limon yağı beynin fəaliyyətini təhrik etdiyi üçün nə zaman yorulsanız və ya diqqətinizi cəm etmək istəsəniz limon yağının 4 damcısını bir stəkan suya tökün və bir neçə saatdan bir ondan için.
Yüksək qan təzyiqi Soğan, sarımsaq və limon yüksək qan təzyiqinin dərmanıdır. 3 diş sarımsağı əzin, bir soğanı və 4 stəkan südlə bişirin. 5 dəqiqə soyudun və onu sürtgəcdən keçirin. Soyuducuya qoyun. Bu qarışığa 3 limonun suyunu əlavə edin. Gün ərzində ondan yeməyə çalışın.
Həşəratları qovar Bir stəkan suya 20 damcı limon yağı əlavə edin və onu havaya səpin və ya həşəratların olduğu yerə səpin. Əgər təmiz havadasınızsa o zaman 10 damcı limon yağını bir qaşıq duru yağ ilə qarışdırın və dərinizə sürtün.
Ağrı Tədqiqat göstərir ki, limon revmatizm ağrıları üçün faydalı bir meyvədir. Ona görə də gündə üç dəfə bir stəkan suya bir limon şirəsini sıxın və için. Əgər ağrınız çoxdursa, iki limon sıxın. Diqqət etməli nöqtə budur ki, bəzi insanların limona qarşı allergiyası olur, ona görə də bu insanlar limondan uzaq dursunlar.