Badımcan ürək xəstələrinə xeyirlidir.
Badımcan ən faydalı tərəvəzdir. Lakin onun faydaları haqqında çox insan məlumatsızdır. Ürək və sinirlər üçün ən faydalı tərəvəzlərdən olan badımcanı həm soyutma, həm kabab, həm də qızartma etmək olar. Bu tərəvəzdən, vitamin mənbəyi olan salatlar hazırlamaqla da yararlanmaq mümkündür. Badımcan, əslində, yay tərəvəzi olsa da, hazırda onu istənilən fəsildə tapmaq olar.
Badımcan həzm sistemini asanlaşdırır. Yüksək lif tərkibi sayəsində qəbzliyin qarşısını alır və bağırsaqları yumşaldır.
Tərkibi kalsium, kalium, dəmir mineralları və A, B1, B2, C vitaminləri ilə zəngindir.
Bundan başqa badımcan xolesterolun səviyyəsini tənzimləyir və qan təzyiqini normallaşdırır.
Ürək xəstəliklərinin qarşısını almağa kömək edir. Bu tərəvəz revmatizma xəstələri üçün də çox xeyirlidir. Tərkibində yüksək miqdarda su olduğu üçün dərinin nəmliyini qoruyur. Quru dəri və saçlar üçün faydalıdır.
Beyinin fəaliyyətinə də müsbət təsir göstərir. Ancaq böyrək xəstəliklərindən əziyyət çəkən insanlar bu tərəvəzdən istifadə edərkən ehtiyatlı olmalıdırlar. Çünki bu tərəvəzin tərkibində böyrək və ya öd kisəsində problemi olanların sağlamlığına ziyan ola biləcək turşular var. Badımcan pəhriz saxlayanlar üçün ideal vasitədir. Belə ki, 100 qr. təzə badımcan cəmi 24 kaloridir.