Mahnıda deyildi kimi, ciyərimiz yananda armudu stəkanda içdiyimiz çay heç də hər zaman min bir dərdin dərmanı olmur. Doğrudur, çay insana enerji verir, qüvvətləndirir, yeməkdən bir neçə saat sonra içildiyi təqdirdə həzmi asanlaşdırır, qan dövranını yaxşılaşdırır və s. Amma çox isti və vaxtsız içilən çay insan orqanizminə xeyirdən çox ziyan verir. Beynəlxalq Xərçəng Araşdırmaları Mərkəzi içkilərin çox isti şəkildə qəbulunun xərçəng riskini artırdığını açıqlayıb. Həddindən artıq isti çay isə qırtlaq xərçənginə səbəb ola bilər.
Qastroenteroloq Günay Əhədova bildirdi ki, isti içilən çay mədənin selikli qışasının yanmasına səbəb olur. Selikli qişamız da öz tamlığını pozduğu zaman onun alt təbəqələrindəki daha da ciddi zərər verməyə başlayır. İlk öncə qida borusundan mən deyim oranın selikli qişası pozulduğu zaman iltihablabı proses formalaşır. Nəticədə artıq xərçəng formalaşdırmağa başlayır.
Alimlər qaynar içkilərdən uzaq durmağı tövsiyə edir. Araşdırmalara əsasən kişilər daha çox çay içdiyindən və bunun qaynar şəkildə qəbul etdiyindən boğaz xərçənginə tutulan kişilərin sayı da qadınlardan çoxdur.
Gün ərzində çox çay qəbul etmək əsəb pozğunluğu, qəbzlik, yüksək təzyiq və yuxusuzluq kimi hallara səbəb ola bilər. Ümumiyyətlə gün ərzində 4 fincandan artıq çay içməkdən çəkinin. Ölkəmizdə ən çox sevilən içkilərdən olan, yorğun vaxtlarımızda, dostlarla görüşəndə, qonaq qəbul edəndə süfrələrimizin ilk bəzəyi olan çaydan qədərində və düşgün şəkildə istifadə edək ki, sağlamlığımıza mənfi təsir göstərməsin.