Qarpızın insan orqanizmi üçün çox böyük faydaları var. Sən demə, qarğızın tumları da faydasız deyilmiş. İki sadə və effektli resept araşdırmışıq.
Qarpız tumunun dəmləməsi:
5 x.q çiy qarpız tumu
1 litr soyuq su
Hazırlanması:
Tumların üzərinə soyuq su töküb qaynama dərəcəsində qaz söndürülür. 45 dəqiqə ağzı örtülü halda dəmdə saxlanılır. Gün ərzində 3 dəfə 1 stəkan içilir. Bu dəmləmə prostat xəstəliyinə də çox faydalıdır.. Həmçinin, qan azlığına, aşağı təzyiqə təsir edir. Bu resepti davamlı içmək təzyiqinizi normallaşdıracaq.
Qarpız tumu qurdlara qarşı:
Qarpız tumları sobada qurudulur, üyüdülür və 1/10 nisbətində yağsız südlə qarışdırılır. Gün ərzində 2 stəkan içilir - 3 gün