Ballı darçın piy yandırmaq üçün ən yaxşı təbii üsullardan biridir. Bədənin bud, çanaq, oturaq yerlərindəki piyləri əridir. Bunun hər səhər yeməyindən əvvəl acqarına içilməsi məsləhətdir. Həmçinin axşam da acqarına edilməsi lazımdır. Ardıcıl olaraq edilsə, müəyyən vaxtdan sonra çəkinizə təccüb qalacaqsınız.
Resepti sizə təqdim edirik:
Yaxşı olar ki, darçınlı bal axşamdan hazırlansın. İlk başlanğıc üçün 0.5 ç.q darçın, 1ç.q bal götürülür. Sonralar 1ç.q darçın, 1x.q bal götürə bilərsiniz.
Darçının üzərinə 1 st. qaynar su tökülür, 30 dəqiqə ağzı örtülü halda dəmlənilir. Dəmləmə otaq temperaturunda olduqda, üzərinə bal əlavə olunub qarışdırılır. Dəmləmə qaynar olduqda, qətiyyən balı əlavə etmək olmaz. Çünki qaynar suda balın tərkibi ölür. Bal dəmləməyə əlavə edildikdən sonra 2 hissəyə ayrılır. Bir hissəsi axşam, digər hissəsi isə səhər içilir. Axşamdan bir hissəsi içildikdən sonra, digər hissəsi ağzı örtülü halda soyuducuda saxlanılır. Səhər isidib içmək olmaz, lakin öncədən soyuducudan çıxarıb otaq temperaturunda saxladıqdan sonra içmək olar.
Bu üsulun hər kəsi arıqlatmağa gücü çatır. Həmçinin bu üsull mədə-bağırsağı təmizləyir. İnsanı parazitlərdən, göbələkdən, təhlükəli bakteriyalardan təmizləyir. Bədəndən piylər və bağırsaqdakı atıntılar tükəndikdə, orqanizmdə arıqlama prossesi dayanacaq. Bu zaman üsul öz işin bitirmiş sayılacaq.