Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Gilasın faydalı və müalicəvi xüsusiyyətləri

Gilasın faydalı və müalicəvi xüsusiyyətləri

Gilasın faydalı və müalicəvi xüsusiyyətləri

Gilas ən dadlı və faydalı giləmeyvələrdən biridir.lunar.az bildirir ki, gilas vitaminlər (A, B1, B2, PP), pektinlər, orqanik turşular, flavonoidlər, minerallar (ftor, kalisum, maqnezium, dəmir, yod, mis, fosfor) və s. faydalı maddələrlə zəngindir.

Gilasın faydalı və müalicəvi xüsusiyyətləri arasında:
- immun sistemini möhkəmləndirir
- qanın tərkibini yaxşılaşdırır, qanazlığı zamanı faydalıdır
- damarların sağlamlığına müsbət təsir edir - damarların divarlarını möhkəmləndirir, trombların əmələ gəlməsinin qarşısını alır
- arterial təzyiqi normallaşdırır, ürəyin fəaliyyətini yaxşılaşdırır
- oynaq xəstəlikləri zamanı (artrit, podaqra, revmatizm) faydalıdır - ağrıları və iltihabı azaldır
- qanda xolesterinin səviyyəsini aşağı salır
- sidikqovucu təsirə malikdir, böyrəkləri təmizləyir
- bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliklə mübarizə etməyə kömək edir
- güclü antioksidant maddələrlə (polifenollar) zəngindir. Antioksidant maddələr orqanizmi qocalmaqdan və dağılmaqdan qoruyur, xərçəngin qarşısını alır, ziyanlı maddələrdən təmizləyir.
- aclığı azaldır və arıqlamağa kömək edir
- kosmetologiyada müxtəlif maskaların tərkibində istifadə olunur. Dərini cavanlaşdırır, ağardır, daha dartılmış və elastik edir.
Tünd qırmızı gilas ağ gilasdan daha faydalıdır.









İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ