Yay aylarında bazarları bəzəyən və görünüşü ilə insanları cəzb edən qara tut yaşlanmanı gecikdirir.
Qara tut dərinin təzə və canlı görünməsini də təmin edir. Mütəxəssislər bir çox sağlamlıq probleminə faydalı olduğu üçün bolluca qara tut yeməyi tövsiyə edirlər.
Qara tutun vitamin və mineral dəyərinin yüksək olduğu və immunitet sistemini gücləndirdiyi bildirilir. Tutun qan azlığına, ağız və diş sağlamlığı problemləri və saçlar üçün də çox faydalı bir meyvə olduğunu söyləyən mütəxəssislər, "Tut, ağız yaralarına, qan azlığına faydalıdır. Ürəyi qoruyur, bədənə qüvvət verir. Yorğunluq hissinin azalmasına köməkçi olur. Ağız və badamcıq iltihabı, diş əti xəstəliklərinə və öskürəyə qarşı əvəzedilməzdir. Mədə və bağırsaqların işinə köməkçi olur. Ən əhəmiyyətlisi də yaşlanmağı gecikdirən dərinin daha təzə və canlı qalmasını təmin edir" - deyə bildirirlər.