Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Kivi möcüzəsi

Kivi möcüzəsi

Kivi möcüzəsi

Mütəxəssislər gündə 1 ədəd kivi yeyərək həm sağlam, həm də gənc qala biləcəyimizi iddia edirlər.

Bəs görəsən, bəzilərinin "tüklü kartof” adlandırdığı bu qeyri-adi meyvənin sirri nədədir?

Kivi qış mövsümündə tez-tez müşahidə edilən qrip və soyuqdəyməyə qarşı orqanizmi gücləndirir. Liflə zəngin olduğu üçün bağırsaqların işini, həzm prosesini asanlaşdırır və qəbizliyin qarşısını alır. Başda döş xərçəngi olmaqla, xərçəngin bir çox növünə qarşı təsirlidir. Xərçəng hüceyrələrinin inkişafının qarşısını alır. Qan təzyiqini sabitləşdirir. Qanda xolesterinin miqdarını azaldır. Bir ədəd kivi insanın gündəlik A və C vitamininə olan tələbatını ödəyir. Aparılan araşdırmalar göstərib ki, kivi yuxunun keyfiyyətini artırdığından gün ərzində hiss edilən yorğunluq, halsızlıq hallarının qarşısını alır. Bu səbəbdən yuxu problemi olanlar üçün də faydalıdır. C vitamini anbarı olan meyvə cinsi gücü artırır. Kivi elə pəhriz saxlayanlar üçün ən ideal meyvədir. Kalorisi azdır və əzələləri gücləndirir. Buna səbəb kalsium, dəmir və maqnezium mineralları ilə zəngin olmasıdır. Depressiyadan, təngənəfəslikdən, eləcə də astmadan əziyyət çəkənlər gün ərzində ən az 1 ədəd kivi yeməlidirlər.

Diyetoloqlar kivini, əsasən, səhər saatlarında yeməyi məsləhət görsələr də, qəlyanaltını da məhz kivi ilə edə bilərsiniz.









BANDITKA от 21 may 2016 16:59
redakte ucun tewekkurler
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ