2023-cü ildə defisit olacaq dərmanlar - Yod, aspirin...
Rusiya Səhiyyə nazirliyi potensial defisit olan dərmanların siyahısına 3 vacib preparatı da daxil edir.
Lunar.az xəbər verir ki, bura korvalol, yod, aspirin də əlavə edilib.
Dövlət reyestrinə hökumət rəsmiləri 2023-cü ildə defisit olması riski olan 100 dərmanı və tibbi vasitəni daxil edib. Siyahı 2022-ci ildən, Ukrayna ilə müharibə başlayandan Səhiyyə Nazirliyi səviyyəsində hazırlanmağa başlayıb. Məqsəd vacib dərmanların defisitinin vaxtında qarşısını almaqdır.
Komissiya defisit olan maddələr, preparatların müvəqqəti olaraq ölkəyə başqa adda, qablaşdırmada və qeydiyyat olmadan gətirilməsinə icazə verəcək.
Məsələn, siyahıda ipuprofen, parasetamol, aspirin, prednizalon, bəzi vacib uşaq vaksinləri, lidokain, antibiotiklər, yod, korvalol, sakitləşdirici damcılar, nanə cövhər və s. var.
Bununla bağlı Duma qanuna da dəyişiklik edib, defisit zamanı əcnəbi dərman preparatlatının başqa qablaşdırmada, fərqli adda ölkəyə gətirilməsinə icazə verib.
Hazırda Moskvada zob xəstələri üçün vacib olan L trioksin, Eutirosk və revmatizm dərmanları çatışmır.