ABŞ-ın Virciniya Universitetinin alimləri artıq çəkiyə təsir edən genlər aşkar ediblər.
Lunar.az xəbər verir ki, müvafiq tədqiqatın nəticələri "PLOS Genetics" elmi jurnalında dərc olunub.
Alimlər insanın bədən çəkisinə təsir göstərə biləcək 293 gen aşkarlayıblar. Laboratoriya yolu ilə onlar təcrid olunmuş genləri piylənməyə səbəb ola biləcək və onun qarşısını ala biləcək genlərə bölüblər. Məlum olub ki, 14 gen kilo almağa səbəb olur və yalnız üçü bunun qarşısını ala bilir.
"Biz kəşf etdiyimiz yeni genlərin piylənməni azaldan müalicə üsullarının hazırlanmasını sürətləndirəcəyini gözləyirik", - deyə "UVA" İncəsənət və Elmlər Kollecinin, Tibb Məktəbinin Hüceyrə Biologiyası fakültəsi və Ürək-Damar Tədqiqatları Mərkəzinin əməkdaşı Eylin O'Rurk bildirib.
Qeyd olunur ki, mütəxəssislər tədqiqatı genlərinin təxminən 70%-i insanlarla üst-üstə düşən qurdlar üzərində spsrıblar. (publika.az)