Rusiyanın Virusologiya və Biotexnologiya üzrə Mərkəzi "Vektor"un alimləri koronavirusun "Delta" variantının suda 72 saata qədər yaşaya biləcəyini müəyyən ediblər.
İz.ru xəbər vrir ki, bu məlumat əvvəllər digər ştamlarda əldə edilən nəticələrə uyğundur.
"Tədqiqat əvvəlkilərə bənzər şəkildə aparıldı. "Delta" variantı üçün suda inaktivasiya dinamikasında heç bir fərq müəyyən olunmayıb", - deyə bildirilib.
Eyni zamanda, məlum olub ki, koronavirus 24-28 dərəcə temperaturda dəniz suyunda duzluluqdan asılı olmayaraq 48 saat, xlorlu içməli su nümunələrində isə 72 saat ərzində canlı qalır.
Virus içməli suda aşağı temperaturda daha yaxşı yaşayır. Xüsusilə, +4 dərəcədə infeksiyanın canlılığı +24-28 dərəcədən daha yaxşı qalıb.(oxu.az)