Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
12 yaşlı oğlanın dili soyuqdan tünd sarı rəngə boyanıb - Nadir xəstəlik

12 yaşlı oğlanın dili soyuqdan tünd sarı rəngə boyanıb - Nadir xəstəlik

O, Kanadada Toronto uşaq xəstəxanasına qarın ağrısı, boğazda şişkinlik şikayətləri ilə gətirilib.

Lunar.az xəbər verir ki, həkimlər ilk öncə sarılıqdan şübhələniblər.

Analiz nəticələri göstərib ki, uşağın qanında eritrosit və heçoqlobin azlığı var. Eləcə də qanda Epşteyn Bar virusu aşkarlanıb.Məhz bu virus onkoloji və autoimmun xəstəliklərin inkişafına təkan verir.
Sonrakı analizlərdə həkimlər daha dərinə gedərək, uşaqda spesifik soyuq aqqlütininləri antitelləri aşkarladılar.

Nəticədə uşaqda nadir genetik autoimmun hemolitik anemiya diaqnozu qoyulur. Bu zaman soyuq havadan və bədənin soyumasından immun sistem qanın qırmızı hüceyrələrini dağıdır.

Belə ki, 0-10 dərəcə temperaturda baş verən bu proses zamanı uçaqda dilin üzəri saralıb.
Xəstəlik qış aylarında aktivləşir.

Bu autoimmun xəstəliyin də kökündə Epşteyn Bar virusunun dayandığı deyilir.

Müalicəsi qan plazmasının 7 həftə ərzində köçürülməsi idi. Eləcə də immun sistemin hücumunu azaldan dərmanlar təyin edilir.

Uşağın vəziyyəti 5 həftə sonra düzəldi./Medicina.az








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ