Ağ, yoxsa qara şokolad? - Hansının faydası çoxdur?
Balacadan tutmuş böyüyədək hamının sevimli qidası olan şokoladın sağlamlığa faydaları çoxdur. Təbii ki, kakaonun faydasından yararlanmaq nə qədər yeyəcəyinizdən asılıdır.
Bəs ağ şokolad, yoxsa qara şokolad faydalıdır?
Lunar.az xəbər verir ki, Türkiyənin sağlam qidalanma və pəhriz üzrə mütəxəssisi Aslıhan Altuntaş ağ şokoladın şəkər və yağdan ibarət olduğunu, yəni əslində şokolad olmadığını qeyd edib. "Kakao miqdarı yüksək olan qara şokoladı yemək məsləhətdir. Şokolad xərçəngdən qoruyur, damarları möhkəmləndirir və təzyiqə nəzarət edir".
Şokoladın faydasını nəzərə alaraq, hətta 7 İyul Dünya Şokolad Günü kimi də qeyd edilir.
"PLOV, MAKARON VƏ ÇÖRƏK ƏVƏZİNƏ ŞOKOLAD YEYİN"
Şokoladın karbohidrat və yağ baxımından zəngin qida olduğunu xatırladan diyetoloq "Karbohidrat və yağ istehlakını tarazlaşdırmaq üçün şokoladı balanslı şəkildə istehlak etmək lazımdır. Məsələn, şokolad yemək istədiyiniz zaman meyvə qəbulunu azalda bilərsiz. Karbohidrat nisbəti yüksək plov, makaron və çörəyi azaldaraq şokolad yeyə bilərsiz. Balansı qoruya bilsəniz, şokoladdan faydalanmaq mümkündür"-deyə, bildirib.
GÜNDƏ YALNIZ 2 KVADRAT ŞOKOLAD YEYİN
Şokolad yeyərkən miqdara fikir verməliyik. Gündə 20 ilə 50 qram arasında, yəni 2 kvadratı keçməyəcək şəkildə şokolad yeyə bilərik. Bu, yaşa və hər hansı bir xəstəliyiniz olub-olmadığına görə dəyişir. Yaşa görə şokolad seçimi üzərində aparılan araşdırmalardan məlum olub ki, 20-25 yaş yaşlılar südlü və ağ şokoladlara üstünlük verir. 25 ilə 40 yaş arasındakı insanlar isə qara şokoladlara üstünlük verirlər.
Ona görə də ən təhlükəli yaş qrupu 25 yaşdan aşağı olanlardır. Çünki o yaş arasında istehlak edilən şokolad miqdarı uşaqlıq dövrü sayıldığı üçün bir az çox olur. Şokoladdan yerində istifadə etdikdə antioksidant təsiri çox yüksək olur. Hətta diş çürüklərinin qarşısının alınmasına yardımçı olur. Amma müəyyən miqdardan çox işlətdiyimiz şokolad şəkəri və ağız bakteriyalarının miqdarını artırır, dişdə çürümələrə səbəb olur.
HANSI ŞOKOLAD DAHA SAĞLAMDIR?
Sağlamlıq üçün ən faydalı şokolad qara şokoladdır. Qara şokoladda kakao nisbəti yüksəkdir.
Kakaonun içərisində olan fenol komponentlər sağlamlıq üçün faydalıdır. Bunlar orqanizmə dəstək olan komponentlərdir. Şokolad xərçəngdən qoruyur, damar sağlamlığını gücləndirir, təzyiqi normallaşdırır. Hətta müntəzəm olaraq fasilələrlə qara şokoladın yeyilməsi 2-ci Tip diabetli şəkər və çəkiyə nəzarət edir.
İkinci sırada isə südlü şokoladlar gəlir. Südlü şokoladda da miqdar və içindəki kakao nisbəti önəmlidir. Burada etiketi oxumaq böyük əhəmiyyət kəsb edir. Bu şokoladlar fındıqlı və ya fıstıqlı olur. Önəmli olan yağ miqdarıdır. Bəzi şokoladlarda palma, bəzilərində isə kakao yağı istifadə edilir. Mütəxəssislər kakao yağı istifadə edilərək hazırlanan şokoladları məsləhət görürlər. Ağ şokolad isə əsl şokolad deyil. Şokolad dedikdə tərkibində müəyyən miqdarda kakao olan qida nəzərdə tutulur. Ağ şokolad sadəcə yağ və şəkərdən ibarətdir.
Ağ şokolad, yoxsa südlü şokolad?
Təbii ki südlü şokolad. Qara və ya südlü şokolad arasında qalırsınızsa, qara şokolad daha faydalıdır.
Şəkər və ya ürək xəstəliyindən əziyyət çəkənlər şokoladdan istifadəni azaltmalıdırlar. Şəkərlə bağlı probleminiz çoxdursa, şokolad məsləhət deyil. Amma şəkərə nəzarət edə bilirsinizsə, gündə 2 kvadrat şokolad faydalı ola bilər.
Sağlamlığa faydalı şokoladlı içki
Bir stəkan yağsız südün içinə bir top kakaolu dondurma atıb üzərinə bir çay qaşığı kakao əlavə edirik. Yarım ovuc çiyələyi içinə doğrayırıq. Bunları mikserdən keçirdirik, sonra içinə kokos (Hindistan qozu) atıb servis edirik.