Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Ağdaşda 24 yaşlı qadın qardaşını niyə öldürüb?

Ağdaşda 24 yaşlı qadın qardaşını niyə öldürüb? – Şok təfərrüat

Ağdaş rayonunda qardaşını öldürməkdə təqsirli bilinən 1996-cı il təvəllüdlü Ülkər Ələkbərovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Lunar.az xəbər verir ki, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Rəşid Hüseynovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, ötən il noyabrın 12-də saat 14 radələrində Ağdaş rayonu, Xosrov kənd sakini 1987-ci il təvəllüdlü Xancan Umarovun bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmiş şəxsin bacısı 1996-ci il təvəllüdlü Ülkər Ələkbərovanın şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Xancan Umarovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Ülkər Ələkbərova şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Məlum olub ki, 33 yaşlı Xancan Umarovu bıçaqlayaraq öldürən bacısı Ülkər Ələkbərova hadisədən bir neçə ay əvvəl boşanaraq 2 körpə övladı ilə ata evinə qayıdıb.

Qətlə yetirilən Xancan Umarov da bir neçə il əvvəl həyat yoldaşından boşanıb və azyaşlı övladını görə bilmədiyinə görə tez-tez dava dalaş salırmış. Tədricən psixoloji problemləri artan 33 yaşlı Xancan ailə üzvlərinə, eləcə də ata-anasına qarşı da aqressiv davranmağa başlayıb.

O, tez-tez valideynlərini və evdə olan bacılarını döyüb. Ailədəki dava-dalaşa dəfələrlə qonşular müdaxilə edərək Xancanın yaşlı ata-anasını döyməsinə mane olublar.

Hadisənin baş verdiyi günə gəlincə, noyabrın 12-də günorta saatlarında Xancan Umarov növbəti dəfə evdə dava salıb və bıçaq götürüb. Onun ata-anasına qarşı hərəkətlərinə dözməyən bacısı Ülkər də münaqişəyə qoşulub.

Bu zaman 24 yaşlı qadın qardaşının əlindən düşən bıçağı götürərək ona 2 zərbə endirib. Böyrək və qaraciyər nahiyəsindən ağır xəsarət alan Xancan Umarov daxili qanaxma səbəbindən keçinib.

Ailə üzvləri əvvəlcə Xancanın özü-özünü bıçaqlayaraq intihar etdiyini bildirsə də, sonradan Ülkər Ələkbərova əməlini etiraf edib.

Hadisədən bir nüçə gün sonra həbs olunan Ülkər Ələkbərovanın 1 yaşı tamam olmamış südəmər körpəsi qalıb. Həmin körpə də təcridxanada saxlanılan qadına verilib.

Ehtimal olunur ki, qadın məhkəmə qarşısına azyaşlı körpəsi ilə birlikdə çıxacaq.

İstintaq orqanı tərəfindən Ülkər Ələkbərovanın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Teleqraf.com








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ