13 yaşlı oğlandan hamilə qalan evli qadının WhatsApp mesajları üzə çıxdı, tutuldu
13 yaşlı məktəblidən hamilə qalan qadına bu gün hökm oxunub.
Birləşmiş Krallıqda uşaq baxçasının müəllimi işləyən və fərdi olaraq evlərə uşaqlara baxmağa gedən 20 yaşlı Leah Cordice azyaşlı ilə cinsi əlaqədə olduğuna görə saxlanılaraq hakim qarşısına çıxarılıb.
Ailəli qadına azyaşlı ilə intim münasibətdə olduğuna görə 30 aylıq həbs cəzası verilib. Məhkəmədə bildirilib ki, qadın uşağı yoldan çıxararkən onun 17 yaşı olub.
DNT testləri nəticəsində uşağın atasının, həqiqətən də, 13 yaşlı oğlan olduğu təsdiqlənib. 13 yaşlı oğlandan uşaq dünyaya gətirən qadın zorlandığını iddia etsə də, WhatsApp mesajları onu ifşa edib.
Evli qadının 13 yaşlı uşağa dəfələrlə "səni sevirəm" sözünü yazdığı məlum olub. Cinsindən, könüllü və ya məcburi olmasından asılı olmayaraq yaşı 18-dən az olanla cinsi əlaqədə olmaq təcavüz sayılır və cinayətdir. Milli.Az