Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Məktəbli qızı maşınına mindirdi: "Heç kəs olmayan yerdə..."

Məktəbli qızı maşınına mindirdi: "Heç kəs olmayan yerdə..." - İsmayıllıda ŞOK OLAY

İsmayıllı rayonunda 1998-ci il təvəllüdlü Əsəd sosial şəbəkədə tanış olduğu, yetkinlik yaşına çatmayan Aydanla (adlar şərti verilib - red.) cinsi əlaqədə olub.


Lunar.az
teleqraf.com-a istinadən xəbər verir ki, Əsəd 2022-ci ilin yanvarında dəqiq tarixi müəyyən edilməyən vaxtda "İnstagram" sosial şəbəkəsi vasitəsilə tanış olduğu Aydanla bir neçə dəfə müxtəlif vaxtlarda görüşüb, sevgi münasibətlərində olub.

Əsəd Aydanın 15 yaşı olmasını bilib, həmin il may ayının sonlarında saat 16.30-da yenidən onunla görüşüb. O, istifadəsində olan "Vaz 2106" markalı avtomobillə İsmayıllı şəhəri ərazisində təqribən 30 dəqiqə gəzdikdən sonra 15 yaşlı qızla razılıq əsasında intim münasibətdə olmağa qərar verib.

Bu məqsədlə o, təqribən saat 17 radələrində avtomobilini saxlayıb, ətrafda heç kəsin olmadığını görüb arxayınlaşdıqdan sonra avtomobilin arxa oturacaq hissəsinə qızla təbii yolla cinsi əlaqədə olub.

İstintaq sənədlərinə görə, Əsəd daha sonra Aydanla həmin ilin iyun-iyul ayları ərzində dəqiq tarixi, saatı və yerləri müəyyən edilməyən ayrı-ayrı vaxtlarda yenidən cinsi əlaqəyə girib.

Onlar İsmayıllı rayonunun İvanovka kəndində bir günlük kirayəyə götürdükləri evdə yenidən cinsi əlaqəyə giriblər.

İstintaq orqanı tərəfindən Əsədin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

"Mesaj yazaraq münasibət yaratdım"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əsəd ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, kənddə qeydiyyatda olsa da, İsmayıllı şəhərində ata-anası ilə birlikdə yaşayıb:
"Təxminən 2022-ci ilin yanvarın əvvəllərindən Aydanla münasibətimiz yaranmağa başladı. Aydanın oxuduğu orta məktəbin yaxınlığında olan çayxanaya dostlarımla gedib-gələn zaman onu gördüm.
Aydandan xoşum gəldiyi üçün həmin ərəfələrdə onun "İnstagram" sosial şəbəkəsində olan profilinə mesaj yazaraq münasibət yaratdım. Bir qədər danışdıqdan sonra onun mobil nömrəsini aldım. Onunla vatsapda yazışmağa davam etdim".

"Birlikdə parkda gəzmişik"

Təqsirləndirilən şəxs qeyd edib ki, Aydanla biri-birilərini qarşılıqlı olaraq seviblər: "Arada ya dostum Vüsalın "VAZ 2106" markalı avtomobili ilə, ya da sürücüsünü və dövlət qeydiyyat nişanını xatırlamadığım müxtəlif taksilərlə gedərək Aydanı yaşadığı küçədən, hazırlıqlara getdiyi yerlərdən və məktəbin yaxınlığından götürüb birlikdə parkda gəzmişik.

Aydanla evlənmək niyyətində olduğumdan təxminən 2022-ci ilin mayından etibarən ondan anasına münasibətlərimiz barədə məlumat verməsini istədim. Aydan da bu barədə anasına dedi".

"Könüllü cinsi əlaqədə olduq"

Əsədin ifadəsinə görə, təxminən 2022-ci ilin iyul ayının sonlarında gecə saat 4 radələrində Aydan ona vatsapda yazıb: "O, nənəsinin yaşadığı evdə olduğunu və görüşmək istədiyini dedi. Mən də dostumun "VAZ 2106" markalı avtomobili ilə tək Aydanın nənəsinin evinin yaxınlığına getdim.

Ona telefonla qısa zəng atdım, gəlməyim barədə məlumat verdim. Aydan evdən çıxdı və avtomobilinin arxa sağ oturacağına əyləşdi. Özüm də avtomobilin arxa oturacağına Aydanın yanına keçdim.

Aydanın öz razılığı ilə heç bir fiziki güc tətbiq etmədən könüllü şəkildə cinsi əlaqədə olduq. Gecə vaxtı olduğundan ətrafda heç kim yox idi. Avtomobilin arxa şüşələri qara plyonkalı olduğu üçün içəri görünmürdü. Cinsi əlaqədə olan zaman qan gəlib-gəlmədiyinə fikir verməmişəm. Daha sonra avtomobilin arxa oturacağına baxdıqda da qan ləkəsi görmədim.

Təbii yolla cinsi əlaqədən sonra Aydan nənəsinin evinə getdi, mən isə evə qayıtdım".

"Atasının da xəbəri vardı"

Təqsirləndirilən şəxs deyib ki, Aydanın 16 yaşına çatmadığını, əməlinin cinayət olduğunu bilib: "Lakin Aydanın 16 yaşı tamam olduqdan sonra ailə həyatı quracağımı düşündüyüm üçün cinayət məsuliyyətinə cəlb olunacağımı düşünmədim.

Bundan sonra Aydanın öz razılığı ilə bir dəfə də İsmayıllı rayonunun İvanovka kəndində kimliyini xatırlamadığım bir günlük kirayə evdə təbii yolla cinsi əlaqədə olduq. Münasibətlərimiz barədə Aydan atasının da məlumatının olduğunu, lakin razılıq vermədiyini dedi".

"Atası razılıq vermədiyi üçün qaçırdım"

Təqsirləndirilən şəxs bildirib ki, 2022-ci il avqustun əvvələrində Aydan vatsapda yazaraq özünü yaxşı hiss etmədiyini, hamilə ola biləcəyindən şübhələndiyini deyib: "Mən hamiləlik testi alaraq verdim. Elə həmin gün Aydan test edərək hamilə qaldığını dedi.

Aydanın hamilə olması səbəbi ilə qarnının böyüyəcəyini və hamının xəbər tutacağını düşündüm, onu öz razılığı ilə qaçırmaq qərarına gəldim. Çünki Aydanın atası onun mənimlə evlənməsinə razı deyildi.

Dostum Vüsalın avtomobili ilə Aydanın yaşadığı evin qarşısına getdim. Aydan əşyalarını götürərək sakitcə evdən çıxdı və avtomobilin ön sərnişin oturacağına əyləşdi.

İkimiz vəfat etmiş uzaq qohumum olan Musanın Ramin adlı oğluna məxsus İsmayıllı rayonunun kəndindəki evinə getdik. Evin açarını bir günlük Bakı şəhərindən gələn dostumu yerləşdirmək adı ilə ondan almışdım. Lakin Ramin hadisənin əslini bilmidi.

İkimiz həmin evə getdik və orada Aydanın öz razılığı əsasında könüllü şəkildə cinsi əlaqədə olduq. Həmin evdə ikismizdən başqa heç kim yox idi".

"Fikir verməmişəm"

Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin gün təxminən saat 8-9 radələrində həmin evdən çıxıb və yaşadığı evə yollanıb: "Həmin gün Bakı şəhərindən gəlmiş bacıma və anama Aydanı təqdim etdim. Onunla ailə həyatı qurmaq fikrində olduğumu, Aydanın anasıgilin xəbəri olmadan onu evlərindən qaçırdığımı bildirdim.

Aydanla cinsi əlaqədə olan zaman boyun nahiyəsini onun razılığı ilə xeyli öpdüm. Buna görə qançırın yaranıb-yaranmamasına fikir verməmişəm. Daha sonra isə Aydanın ailəsi onun evdə olmaduğunu bildi və İsmayıllı rayon polis şöbəsinə məlumat verdilər. Polislə gələrək Aydanı götürdülər".

"Peşman olmuşam"

Təqsirləndirilən şəxs qeyd edib ki, Aydana heç vaxtı güc və ya zor tətbiq etməyib: "Onun dedikləri həqiqəti əks etdirmir, şər və böhtandır. "İnstagram" sosial şəbəkəsindəki profilimi ümumiyyətlə silmişəm. Bəzi səs yazılarını və şəkilləri isə bərpa etdirmişəm.

Aydanla onun könüllü istəyi və razılığı ilə təbii yolla cinsi əlaqədə olmuşam. Ona hər hansı hədə və yaxud zor tətbiq etməmişəm. Törətdiyim cinayət əməlini etiraf edirəm, əməlimdən peşman olmuşam. Aydanla tanış olduğum vaxtdan onunla ailə qurmaq niyyətində olmuşam".

"Əvvəl danışıqlarımız dostcasına oldu"

Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Aydanın sözlərinə görə, İsmayıllı rayonun kəndində anası, atası, 14 yaşlı və 10 yaşlı qardaşları ilə birlikdə yaşayıb:
Ətraflı

"Təxminən 2022-ci ilin yanvar ayının əvvəllərindən 2-3 ay öncədən qiyabi tanıdığım Əsədlə münasibətim yaranmağa başladı. Əvvəllər onu arabir oxuduğum məktəbin yaxınlığında görmüşdüm. 2022-ci ilin yanvar ayının əvvəllərində Əsəd mənim "İnstagram" sosial şəbəkəsində olan hesabıma "salam, necəsən, mənəm, arxanca gələn oğlan. Tanıdın?" mesajını yazdı.

Əsədə əvvəl yazmasam da, mənə bir neçə dəfə xatırlamadığım məzmunda tanışlıq yaratmaq üçün mesajlar yazdıqdan sonra qarşılıqlı yazışmağa başladıq. Əvvəl danışıqlarımız dostcasına oldu. "İnstagram"da təxminən 2 ay danışdıqdan sonra vatsapda danışmağa başladıq.

Əsəd artıq məni idarə etdiyi "VAZ 2106" markalı avtomobillə tək küçələrinin yuxarı hissəsindən götürərək universitetə qəbul olmaq üçün getdiyim məşğələlərə aparırdı".

"Mənimlə cinsi əlaqədə olmaq istədiyini bildirdi"

Aydanın ifadəsinə görə, təxminən 2022-ci ilin mayın sonlarında, günorta vaxtı məktəbdən evə gedən zaman Əsəd zəng edib: "Axşam tərəfi hazırlıqdan çıxdıqdan sonra vaxtım olsa, gəlib məni görəcəyini dedi. Həmin gün saat 16.30-da İsmayıllı şəhəri, "Kəpənək dairəsi" adlanan yerin yaxınlığında yerləşən tarix fənnindən hazırlıqdan uşaqlarla birlikdə çıxdıqda Əsədin yenə həmişəki kimi avbtomobillə tək yolun kənarında məni gözlədiyini gördüm.

Uşaqlardan ayrıldım, heç kim bilmədən avtomobilin arxa sağ sərnişin oturacağında əyləşdim. Məqsədim Əsədlə sadəcə söhbət etmək idi. Əsəd təxminən 30 dəqiqə avtomobili sürərək İsmayıllı şəhəri ərazisində adını bilmədiyim ara məhəllələrə girdi, heç kimin olmadığı yerdə avtomobilini dayandırdı. Özü də arxa sol sərnişin oturacağına keçdi. Mənimlə təxminən 5 dəqiqə xatırlamadığım adi mövzuda söhbət etdikdən sonra qəflətən hər iki əli ilə əlimin bilək nahiyəsindən tutdu, mənimlə cinsi əlaqədə olmaq istədiyini bildirdi.

Mən qəti şəkildə etiraz etdim. Ona belə bir şeyin mümkün olmadığını dedim. Lakin Əsəd sağ əli ilə tutduğu sol biləyimi, sol əli ilə isə tutduğu sağ biləyimi var gücü ilə sıxdı, məni özünə tərəf çəkdi. Sonra mənimlə cinsi əlaqədə oldu, qızlıq bəkarətimi pozdu".

"Utandığım və qorxduğum üçün..."

Zərərçəkmiş deyib ki, Əsəd fiziki baxımdan güclü olduğundan onu özündən aralaşdıra bilməyib: "Müqavimət göstərməyə çalışsam da, heç nə edə bilmədim. Eyni zamanda həmin an şok vəziyyətinə düşdüyümdən, ətrafda heç kim olmadığından qışqırmadım. Sadəcə məndən əl çəkməsini və dayanmasını tələb etdim.

Lakin Əsəd sözlərimə əhəmiyyət vermədi, mənimlə cinsi əlaqədə oldu. Həmin vaxtı ağlasam da, Əsəd mənə narahat olmamağı, hər şeyi yoluna qoyacağını dedi.

Daha sonra o, avtomobillə məni yaşadığım evin yaxınlığına düşürdü. Evə getdikdə paltarlarımı çıxararkən üzərimdə qan ləkəsinin olub-olmadığına baxmadan paltaryuyan maşına ataraq onları yudum. Utandığım və qorxduğum üçün bu barədə heç kimə heç nə demədim. Əsəd də bu barədə heç kimə heç nə deməməyi tapşırdı".

"Ailə quracağını dedi"

Zərərçəkmiş deyib ki, növbəti günlərdə də telefonla Əsədlə danışmağa davam edib: "Bundan sonra dəqiq tarixini xatırlamadığım vaxtlarda Əsədin idarə etdiyi həmin avtomobildə təxminən 3-4 dəfə də arxa oturacaqda onun apardığı xatırlamadığım yerlərdə könüllü şəkildə cinsi əlaqədə oldum.

Çünki artıq bəkarətimin pozulduğunu bildiyim və Əsədin məninmlə evlənəcəyinə inandığım üçün cinsi əlaqədə olmağa etiraz etmədim. Əsəd mənimlə ailə quracağını deyirdi".

"Birlikdə qaçmağı təklif etdi"

Aydan qeyd edib ki, daha sonra ürək bulantısının və halsızlığın olması barədə Əsədə deyib:

"Əsəd mənim hamilə qalmağımdan şübhələndi, buna görə hamiləlik testi aldı. Hazırlıqdan çıxanda görüşdükdə testi mənə verdi. Evdə test etdim və hamilə olduğumu öyrəndim. Əsədə vatsapda yazıb bu barədə məlumat verdim. O da birlikdə qaçmağı təklif etdi. Təkliflə razılaşdım.

Əsədin məni hara aparacağını bilməmişəm. Sadəcə artıq birlikdə yaşayacağımızı düşündüm".

"Evə gəlməyəcəyimi dedim"

Zərərçəkmiş qeyd edib ki, beləliklə, gecə saat 3 radələrində hamı yatan zaman sakitcə paltarlarını götürüb və küçəyə çıxıb: "Əsəd eyni "VAZ 2106" markalı avtomobillə gələrək məni yaşadığım evin yaxınlığından götürdü. İlkin olaraq məni İsmayıllı rayonu ərazisində adını demədiyi dostuna məxsus birmərtəbəli həyət evinə apardı.

Evdən çıxan zaman anamın mobil nömrəsinə mesaj yazdım. Ona istədiyim oğlanla getdiyimi, məni axtarmamalarını xahiş etdim. Səhər saatlarında anam zəng etdi və harada olduğumu soruşdu. Anama Əsədlə birlikdə qaçdığımı və evə gəlməyəcəyimi söylədim. Bundan sonra danışığı bitirdim".

"Qançır izi qaldı"

Zərərçəkmiş deyib ki, təxminən saat 9 radələrində həmin evdə Əsədlə könüllü şəkildə bir dəfə cinsi əlaqədə olub: "Cinsi əlaqə zamanı Əsəd mənim boğaz nahiyəmdən tutduğundan və boğazımdan çoxlu öpdüyündən qançır izi qaldı.

Bundan sonra təxminən saat 13 radələrində Əsədin yaşadığı İsmayıllı şəhərində ünvanını xatırlamadığım evinə getdik. Evdə anası və bacısı məni qarşıladılar.

Əsədin atası və qardaşı mənim ailəmlə danışmaq üçün getdilər. Mənim və Əsədin ailəsi hamilə olduğumu bildilər. Əsədin evində təxminən 1-2 saat qaldım".

"Əlaqəni kəsdim"

Aydan deyib ki, atasıgil gələrək onu götürüblər və İsmayıllı rayon polis şöbəsinə, daha sonra isə yaşadığı evə gətiriblər: "Polis şöbəsində ilkin izahatımı verən zaman Əsədin anası və bacısının məndən şikayətçi olmamağımı istədikləri üçün onun may ayının sonlarında məni zorlamağını bildirməmişəm.

İzahat verdikdən sonra valideynlərimlə birgə yaşadığım evə getdik. Əsədin valideynləri ilə mənim valideynlərim arasında razılıq olmadığında onunla əlaqəni kəsdim".

"Cəza verilməsini istəyirəm"

Zərərçəkmiş bildirib ki, "İnstagram" və vatsapda Əsədlə apardığı yazışmaların hamısı silinib: "Hazırda Əsədlə heç bir əlaqəm yoxdur. O, ilk dəfə mənimlə zorla cinsi əlaqədə olub. Lakin sonradan könüllü cinsi əlaqədə olmuşam və ondan hamilə qalmışam.

Əsədlə barışmamışam. Ona qanunla nəzərdə tutulmuş müddətdə azadlıqdan mərhumetmə cəzasının verilməsini istəyirəm".

Bu cinayət işinə İsmayıllı rayonMəhkəməsində baxılıb.

Əsəd 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ