-
Facebook
-
- ► Qorxu +16,+18
- Baxis 247
- 9-12-2021, 22:31
-
İlk iş günü: “Bir də gördüm müdirlə yataq otağındayam...” - BAKIDA QƏRİBƏ OLAY
Bakının Xətai rayonunda 1997-ci il təvəllüdlü Famil cinsi əlaqədə olduğu Firuzənin (adlar şərti verilib – red.) intim foto və videolarını yayıb.
Famil “tap.az” internet səhifəsində yerləşdirilmiş elanlar vasitəsi ilə iş axtaran 2002-ci il təvəllüdlü Firuzə ilə tanış olub. O, Firuzəni işə düzəltmək adı ilə görüşərək kirayədə yaşadığı mənzilə getmələrinə razı salıb.
Bu il aprelin 6-da saat 15 radələrində Firuzə həmin mənzilə gəlib və Famil ilə cinsi əlaqədə olub. Famil telefonu ilə Firuzə ilə cinsi əlaqədə olmalarını videoya çəkib. Daha sonra videonu onun qayınanası Səmaya göstərib və gəlini ilə könüllü cinsi əlaqədə olduqlarını bildirib.
Həmin videogörüntünü vatsap vasitəsilə Səmaya göndərib.
“Əri işləməyinə imkan verməyib”
İstintaq orqanı tərəfindən Familin barəsində Cinayət Məcəlləsinin 156.1-ci (şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Famil ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, Bakı şəhərində ətir mağazası işlədir: “Həmin mağaza Həzi Aslanov metrostansiyasının yanında “Neptun Market”in içərisindədir. Tap.az səhifəsində öz ətir dükanım üçün satıcı axtarmağımla bağlı elan yerləşdirmişdim.
2021-ci il martın sonlarında bir qız mənə vatsapda yazdı və işə düzəlmək istədiyini bildirdi. Dedi ki, iş elanı ilə bağlı təxminən 7-8 ay əvvəl də mənə müraciət edib. Lakin həmin vaxt həmin xanımın, yəni Firuzənin əri işləməyinə imkan verməyib. Bunu dedikdə Firuzənin şəklinə baxdım. Yadıma düşdü ki, həqiqətən Firuzə ilə aylar əvvəl bır dəfə də danışmışam”.
“Sevgili kimi söhbət etdik”
Təqsirləndirilən şəxsin sözlərinə görə, söhbətləri zamanı Firuzə ona bildirib ki, bu dəfə fikri qətidir və mağazada satıcı işləməyə razıdır:
“Firuzəyə bildirdim ki, bir gün onu dəvət edəcəm, gəlib işə başlayar. Ona dedim ki, əri və ya qaynanası ilə birlikdə gələr. Bundan sonra yazışmalarımız davam etdi. Bir neçə gün mütəmadi yazışdıq. Artıq söhbətimiz işdən kənara çıxdı. Biz şəxsi münasibətlər qismində söhbət etdik.
Firuzə söhbətlərində mənə ailəsindən və ərindən çox narazı olduğunu, boşanmaq istədiyini, lakin valideynlərinin buna imkan vermədiyini söylədi. Firuzəyə ailə həyatının ürəyincə olmadığı təqdirdə boşanmalı olduğunu tövsiyə etdim. Bizim söhbətlərimiz olduqca səmimiləşdi. Artıq bir neçə gün sevgili kimi söhbət etdik”.
“Mağazada ikimiz qaldıq”
Familin ifadəsinə görə, aprelin 6-da Firuzənin mağazasına gəlməsini və görüşmələrini qərarlaşdırıblar: “Aprelin 5-də Firuzə mənə bildirdi ki, qaynanası ilə də danışıb ona izah edim ki, işləməsinə icazə versinlər, narahat olmasınlar. Mən də Firuzənin qaynanası ilə telefonla danışaraq mağazanın yerini bildirdim və Firuzəni satıcı kimi işə götürmək istədiyimi dedim.
Qaynanası mənimlə normal danışdı, hətta bildirdi ki, iş olsa ona da xəbər edim. Ertəsi gün Firuzə mənə yazdı ki, mağazaya gəlir, görüşüb, işi müzakirə edək. Bildirdi ki, baldızı ilə gəlir. Bir müddət sonra baldızını geri evə göndərəcəyini və ikimiz qalacağımızı, rahat söhbət edə biləcəyimizi söylədi. Belə də oldu.
Firuzə baldızı ilə mağazaya gəldi və bir müddət sonra baldızı geri qayıtdı. Firuzə ilə ikimiz mağazada qaldıq”.
“Cinsi əlaqədə olduq”
Famil deyib ki, bundan sonra Firuzəyə əvvəl danışdıqları kimi evə getməyi təklif edib: “Firuzə də razılaşdı. Mağazanın qarşısında Firuzə ilə birlikdə taksi ilə yaşadığım evə gəldik. O, yolboyu da evə getməyimizə heç bir etiraz bildirmədi. Çünki evə gedəcəyimizi əvvəlcədən razılaşmışdıq.
Firuzə ilə birlikdə yaşadığım mənzilə qalxdıq. Ona dedim ki, soyuducuda meyvə və sərin sular var, onları gətirsin, yeyib-içək. Firuzə də elə etdi, su və meyvələri gətirdi. O, bir qədər xalası və ailəsi haqqında, ailəsinin uğursuz olması barədə danışdı. Sonra əl-üzünü yudu ki kosmetikası silinsin. Həmin vaxt mən 1 stəkan çaxır, Firuzə isə “Coca-cola” içdi. Sonra birlikdə yataq otağına keçdik.
Firuzə özü öz paltarlarını soyundu, səliqəli formada paltar dolabçasının üstünə sərdi. Mən də öz paltarlarımı soyundum. Firuzə ilə müxtəlif üsullarla cinsi əlaqədə olduq”.
“Bildirdim kı, narahat olmasın, Firuzə işdədir”
Famil bildirib ki, cinsi əlaqədə olandan sonra onlar hər ikisi hamam otağında yuyunub və otaqda oturaraq bir qədər söhbət ediblər: “Firuzə dedi kı, köçərək xalasıgildə qalmaq istəyir. Ara-sıra kiminləsə telefonla yazışdı. Sonra kefinin pozulduğunu hiss etdim. Bir qədər sonra xahiş etdi ki, qaynanasına zəng edərək, danışım ki, narahat olmasınlar. Mən də öz telefonumda Firuzənin qaynanası ilə danışdım və bildirdim kı, narahat olmasın, Firuzə işdədir, bir qədər sonra evə gələcək”.
“Cinsi əlaqədə olmağımızı ərinə dedi”
Familin ifadəsinə görə, daha sonra yenidən yataq otağına keçib və orada uzanıb: “Bu zaman eşitdim ki, digər otaqdan Firuzənin telefonuna zəng gəlir. Həmin vaxt telefonumu çıxardım və Firuzənin yataq otağına daxıl olmasını videoya çəkdim.
Firuzə dedi ki, təxminən ya əri, ya da xalasıdır zəng edən. O, zəngə cavab vermədi və telefonu kənara qoydu, yanıma gələrək uzandı. Biz yenidən könüllü olaraq cinsi əlaqədə olduq. Mən yenidən yuyundum, Firuzə yuyunmadı.
Əynimizi geyinən zaman Firuzə yenə telefonla yazışırdı. Artıq şübhələndim, Firuzədən bayaqdan kiminlə yazışdığını soruşdum. Firuzə mənə dedi ki, əri hər şeyi bildi, burada mənimlə cinsi əlaqədə olduğumu da. Ondan nə üçün cinsi əlaqədə olmağımızı ərinə dediyini soruşdum. Biz həyətə düşdük. Bir qədər yuxarı getdikdən sonra sağollaşdıq. Mən piyada öz mağazama getdim”.
“Çılpaq halda çəkdiyim videogörüntüsünü qaynanasına göndərdim”
Familin ifadəsinə görə, daha sonra ona Firuzənin telefonundan zəng gəlib: “Telefonu açdıqda mənə bir tanımadığım oğlan dedi ki, yoldan keçən zaman telefonun sahibi xanımın ağladığını görüb, ona görə yığıb. Bildirdim ki, qızın ya atasına, ya da ərinə yığsınlar, qızın heç nəyi deyiləm.
Mağazada mənə qayınanasının nömrəsindən zəng gəldi. Mənə təhqirlər yağdırdı ki, niyə onun gəlinin zorlamışam. Mən isə Firuzəni zorlamadığımı sübut etmək üçün onun evdə çılpaq halda çəkdiyim videogörüntüsünü qaynanasına göndərdim. Videoya baxdıqdan sonra qayınanası mənə zəng etdi, dedi ki, gəlininin heç bir günahı yoxdur. Sonra sübut üçün Firuzə ilə bir neçə günlük yazışmalarımızın şəklini də ona göndərdim”.
Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra Firuzənin qaynanası onu, o da Firuzənin qayınanasının nömrəsini bloka atıb: “Firuzədən əvvəl bir dəfə başqa bir tanış qızı da həmin evə aparmışam. Firuzəni zorlamamışam. Aramızda baş verən hər şey könüllü olub. Bu barədə yazışmalarımız da olub”.
Famil ifadəsinin sonunda barəsində Milli Məclisin 5 noyabr 2021-ci il tarixli qərarının tətbiq edilməsini və cinayət təqibinə xitam verilməsini xahiş edib.
“Mənə qayğı göstərmədilər”
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Firuzənin sözlərinə görə, 2018-ci ildə Mədətlə ailə qurub, birgə nikahlarından qız övladı var: “Mədətlə bir-birimizi sevdiyimiz üçün qoşularaq qaçmışıq. Daha sonra ailələrimizin razılığı əsasında ailə qurmuşuq.
Ailə qurduqdan 1-2 ay sonra ərimlə və ərimin valideynləri ilə arada narazılıqlar. Onlar mənə öz gəlinləri olaraq yaxşı qayğı göstərmədilər. Lazım olduqda paltar almır, digər əşyaları qaynanası almağa qoymurdu. Sanki özlərinə pul xərcləsələr də, mənə pul xərcləməyə əlləri gəlmirdi”.
“Gördüm ki, həmin adam mənə tanışdır”
Firuzənin bildirdiyinə görə, təxminən bu il aprelin 3-də internet vasitəsilə iş elanlarına baxıb: “Bir ətir dükanında işçi tələb olunduğunu gördüm və nömrəni götürərək vatsap vasitəsilə yazdım ki, işə düzəlmək istəyirəm. Nömrəni telefonuna qeyd edən zaman profil şəklinə baxdım. Gördüm ki, həmin adam mənə tanışdır, 1 il əvvəl də iş axtaran zaman həmin adamın iş elanını görüb, ona müraciət etmişəm. Lakin həmin vaxt qaynanamgil razı olmadığı üçün işə düzəlmədim. Yəni həmin oğlanın nömrəsinə təsadüf nəticəsində yenə müraciət etdim.
Onunla söhbət etdim, mağazasının harada yerləşdiyini soruşdum. Bildirdi ki, ətir mağazası Həzi Aslanov metrostansıyası yaxınlığında yerləşən “Neptun” marketin içərisindədir. Mən isə ona dedim ki, Həzi Aslanov uzaqdır, əgər Nərimanov rayonu ərazisində mağazası varsa, orada satıcı işləmək istəyərəm”.
“Bildirdim ki, ailəli adamam, sevgili ola bilmərəm”
Firuzə deyib ki, adını sonradan Famil olduğunu bildiyi şəxs ihazırda Nərimanov rayonu ərazisində mağazası olmadığını, amma 1 həftəyə orada mağaza açaçaqlarını deyib: “Mən isə Nərimanov rayonu ərazisində mağaza açıldığı zaman gedərək orada işləyəcəyimi dedim.
Həmin ərəfədə ərim Mədətlə evdə münasibətlərimiz həddən artıq kəskinləşdi. Evdə mütəmadi ailədaxili münaqişələrimiz olurdu. O günlərdə Famil mənə yazdı ki, bır etiraf etmək istəyirəm, səndən xoşum gəlir. Mən isə bildirdim ki, ailəli adamam, övladım var, sevgili ola bilmərəm”.
“Dedim ki, işçi-müdir münasibətində qalaq”
Firuzənin sözlərinə görə, bundan bir neçə gün sonra ara-sıra Famillə yazışmağa davam edib: “Ərimlə ailədaxili problemlərdən sıxıldığım üçün vatsapda duruma qəmli şəkillər qoymuşdum. Famil də bunun səbəbini məndən soruşdu. Dərdimi danışmağa adam axtarmış kimi Familə ailə problemlərimi söz açdım.
Familə isə mənə bildirdi ki, əgər ailən ürəyincə deyilsə, boşan, səni qəbul edərəm, gələcəkdə evlənərik, necə istəyirsən, elə də münasibətlərimiz olar. Mən bunun mümkün olmadığını bildirdim və ona hələ tam inanmadığımı dedim. Famil mənə hətta boşanmaq üçün vəkil də tuta biləcəyini söylədi. Mən isə övladıma görə boşanmaq istəmədiyimi bildirdim. Familə dedim ki, elə yaxşısı işçi-müdir münasibətində qalaq.
Bir neçə günlük söhbətdən sonra bildirdim ki, qaynanam yenə işləməyimə razılıq vermir. Familə dedim ki, telefonunu verim, qaynanamla danış, ondan razılıq al ki, işə düzəlməyə icazə versin. Tapşırdım ki, qaynanamla yazışsa və ya danışsa, mənim adımı çəkəndə işçi-müdir formasında rəsmi danışsın, bilməsinlər ki, biz səmimi yazışırıq.
Famil qaynanamla danışdı və qərara aldıq ki, Həzi Aslanovdakı mağazaya bir neçə gün gedib, işi öyrənək. Qaynanam məni ora göndərəndə öz qızını və qızının rəfiqəsini də mənimlə birlikdə göndərdi. Mağazaya çatdıqda Famil bizi qarşıladı. Orada ətir dükanında oturaraq satış dəftərində qiymətlərə baxdıq. Bir qədər sonra baldızım və rəfiqəsi getdilər”.
“Gözümü açdıqda gördüm ki, Famillə yataqda cinsi əlaqədə oluruq”
Firuzənin bildirdiyinə görə, Famil onu evə dəvət edib: “Cavab verdim ki, onunla evə gedə bilməyəcəm. O da dedi kı, gedib evdə danışaq, onsuz da bu sırf işlə bağlı danışıqdır. Mağazanın qarşısında Familə bir daha bildirdim ki, onunla sevgili ola bilmərəm, ailəliyım, qorxuram belə şeydən.
Bundan sonra Famil qaynanama yığaraq dedi ki, məni yola salır, gəlirəm. Famil taksi çağırdı və biz taksiyə oturduq. Yolda olan zaman gördüm ki, taksi bizim evimizə tərəf getmir. Lakin bir söz demədim. Taksidən düşdükdə Familə dedim ki, nə üçün məni başqa yerə gətirdin? Bildirdi ki, evdən ətirlərin yazılı siyahısını mənə verəcək.
Təklif etdi ki, gəl sən də mənimlə mənzilə qalx. Bildirdim ki, aşağıda gözləyəcəm. Həyəcanlananda və gərgin olanda beynim qarışırı, gözüm qaralır, özümü itirirəm. Həmin vaxt elə də oldu. Bir də gözümü açdıqda gördüm ki, Famillə evdə yataqda cinsi əlaqədə oluruq.
Famili itələdim, özümdən uzaqlaşdırdım. Həmin vaxt telefonuma da zəng gəlirdi. Telefonunu götürdüm, Familə dedim kı, anam zəng edir, ona hər şeyi danışacam”.
“Ərimə yazdım ki, müdir məni evinə gətirib, zorlayır”
Firuzənin sözlərinə görə, sən demə, Famil bu zaman onu çılpaq halda mobil telefonunun kamerası ilə videoya çəkib: “Famil mənə “anana zəng et, de ki, hər şey yaxşıdır, yoxsa videogörüntün var” dedi. Anama məcbur qalaraq dedim ki, işdəyəm, hər şey yaxşıdır. Famil isə mənə dedi ki, videogörüntün var, kiməsə nəsə desən, videoları göstərəcək, deyəcək ki, könüllü onunla cinsi əlaqədə olmuşam.
Telefonumu Famildən aldım, ərimə yazdım ki, müdir məni evinə gətirib, zorlayır. Famil mənimlə həm iradəm ziddinə təbii, həm qeyri-təbii yolla cinsi əlaqədə oldu. Daha sonra Famil dedi ki, durub geyinib gedək. Mən isə dedim ki, getməyəcəm, qoy ərim gəlsin, hər şeyi görsün. Famil pəncərəni göstərdi, dedi ki, özünü öldürmək istəyirsənsə, pəncərədən özünü aşağı at”.
“Dedi ki, video və şəkilləri tanışlarına göndərəcək”
Firuzənin ifadəsinə görə, Famil onun telefonunu da götürüb və mənzildən çıxıb: “Onun arxasınca getdim, telefonumu istədim. Dedi ki, telefonu verir, amma kiməsə desəm və o, istədiyi zaman gələrək onunla cinsi əlaqədə olmasam, bu video və şəkilləri tanışlarıma göndərəcək.
Bundan sonra mənə metro istiqamətini göstərdi, özü getdi. Mən atamla danışdım, olduğum yeri təxmini atama dedim. Bir müddət sonra atam və ərim ora gəldilər. Hadisəni onlara danışdım. Atam da “102” xidmətinə zəng edərək hadisə barədə məlumat verdi. Daha sonra polislər gələrək məsələni araşdırmağa başladı. Familin mənə evlənəcəyimizlə bağlı vədlər verdiyini və məni zorladığını dedim”.
Bu cinayət işinə Xətai rayon Məhkəməsində hakim Fərid Yaqubovun sədrliyi ilə baxılıb.
Məhkəmənin hökmü ilə Familin barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan dilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-cı il tarixli qərarı tətbiq edilib.
Famil cinayət məsuliyyətindən azad edilib və barəsində olan Cinayət Məcəlləsinin 156.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilib.
Familin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilib.(Teleqraf.com)
BUNLAR DA İLGİNİZİ ÇEKEBİLİR
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.