Üzük əksər xanımların ən çox sevdiyi bəzək əşyalarından biridir. Bəs heç bilirdinizmi ki, üzüyü hansı barmağınıza taxmağınız sizin xarakterinizi müəyyənləşdirir? Bilmirsinizsə,
Lunar.az-ın bu yazısını oxuyun
- Əgər siz üzüyü baş barmağınıza taxırsınızsa, bu, özünü təsdiqi bildirir. Baş barmaqdakı üzük onun sahibinin özünü təsdiqetmə cəhdini bildirir. Əgər bunu xanımlar edirsə, bu zaman ehtimal ki, onlara kişi xarakterinin bəzi xüsusiyyətləri məxsusdur (məsələn, inad, hirslilik və s.). Çox vaxt qeyri-ənənəvi seksual oriyentasiyası olan qadınlar da üzüyü baş barmağa taxırlar.
- Şəhadət barmağındakı üzük hakimiyyət və gücün rəmzidir. Sağ əlin şəhadət barmağındakı üzük öz sahibinin iradəli xarakterini, onun hakimiyyətə cəhdini bildirir, həmçinin onun müsbət keyfiyyəti olan düşüncəsi haqqında xəbər verir. Sol əlin şəhadət barmağındakı üzük isə olduğundan fərqli görünməyə işarə edir. Bu insanlar həyatda göründükləri kimi deyil, bir az fərqli olur, özlərini daha yaxşı tərəfdən göstərməyə cəhd edirlər.
- Orta barmaqdakı üzük eqoistlik rəmzidir. Psixoloqlar hesab edirlər ki, bu barmağına üzük taxan insanlar özləri ilə lovğalanmağa meyllidirlər. Üzük nə qədər effektiv olarsa, siz bir o qədər daha dəfedilməz görünəcək və özünüzdən daha əmin olacaqsınız.
- Adsız barmaqdakı üzük sevgi və ailə rəmzidir. Bu barmaqdakı üzük hər kəsə bəlli məlumatı bildirir – ailə vəziyyətinə işarə edir. Hələ qədim misirlilərin fikrincə, adsız barmaqdan ürəyə sevgi damarı gedir. Həmçinin bu barmaqdakı üzük romantiklik, xəyalpərəstlik, zərif hisslər, incəsənətə sevgini bildirir. Yeri gəlmişkən, sol əlin adsız barmağına üzüyü dul və ya boşanmış qadınlar taxırlar.
Xristian adətlərinə görə isə, sol əlin 4-cü barmağı özəl bir önəm daşıyır. Qədimdə xristian toylarında gəlinin ortadakı 3 barmağına - şəhadət, böyük (orta) və adsız (nişan) barmaqlarına üzüklər taxılırdı. Bunun mənası da 3 müqəddəs - ata, oğul və müqəddəs ruh demək idi. Gəlin toydan sonra digər iki barmağındakı üzükləri çıxarırdı, nişan barmağındakı üzük isə evli olduğu müddətdə barmağında qalırdı.
- Çeçələ barmaqdakı üzük qeyri-adi insanlara işarə edir. Bu barmaqdakı üzük onun sahibəsinin son dərəcə qeyri-adi şəxsiyyət olduğunu bildirir. Bu, inandırmaq bacarığına malik olan mahir və yaradıcı təbiətli insanlardır. Bundan başqa çeçələ barmaqdakı üzük həmçinin hiyləyə və diribaşlığa da işarə edə bilər. Həmçinin hesab edilir ki, çeçələ barmağına üzük taxan insanlar hamı ilə ümumi dil tapa, işgüzar əlaqələr qura bilir.
Ayaq barmağına üzük taxan xanımlar isə qeyri-adi, maraqlı olmağa, camaatdan seçilməyə cəhd edir. Həmçinin bu məqam xanımların özündən razı olmasına işarə edir.